
Sağlam yemək hazırlamaq üçün təbii qida seçmək kifayət deyil, onları bişirdiyiniz qabların materialı da bir o qədər vacibdir. Mətbəxinizdə olması lazım olan və olmamalı olan bəzi yemək qabları var.
Yemək bişirmək üçün qablara gəldikdə ən yaxşı məsləhət əsrlər boyu istifadə olunan maddələrdən istifadə etməkdir. Müəyyən materiallardan hazırlanmış qazan və tavalardan da dərhal xilas olmaq lazımdır.
Yemək bişirərkən istifadə etməməli olduğunuz materiallar:
Qazan və tavalarda müəyyən maddələr var ki, onlardan həmişə qaçmaq lazımdır. Aşağıdakı materiallardan hazırlanmış qablarınız varsa, onları mümkün qədər tez dəyişdirməyə çalışın.
Plastik
Təəccüblüdür ki, bəzi qabların tərkibində plastik var. BPA-dan ftalatlara qədər müxtəlif toksinlər qızdırıldıqda yeməyinizə keçə bilər. Hətta yeməklərinizi plastik qablarda saxlamaqdan da çəkinin.
Alüminium
Tədqiqatlar yüksək alüminium səviyyələrini anemiyadan parkinson xəstəliyinə qədər dəyişə biləcəyini göstərdi. Beləliklə, çörək qabları da daxil olmaqla, hər hansı alüminium qablarınız varsa , ondan xilas olmağa çalışın. Bəzi tavaların əsas hissəsində alüminium ola bilər, bu hissə qida ilə təmasda olmadığı üçün problem deyil.
Qalaysız mis
Dəmir kimi, mis də vacib bir mineraldır, lakin bədəninizdə yüksək mis səviyyəsi zəhərlidir. Bir çox qidalar mis qablarla reaksiya verər, çox miqdarda mis yeməyinizə daxil ola bilər. Alüminiumda olduğu kimi, mis nüvəli tavalar yaxşıdır, lakin yenə də yeməyinizin mislə təmas etməsinə imkan verən hər hansı bir qabdan qaçmağa çalışın.
Yapışmayan tavalar
Yapışmayan kimi reklam edilən tavaların əksəriyyətində politetrafloroetilen (PTFE, Teflon) var. Bir çox araşdırmalar Teflonun zəhərli ola biləcəyini göstərib.
Yemək bişirərkən istifadə etməli olduğunuz materiallar:
İnsanlar tərəfindən uzun illər istifadə olunan və etibarlılığı sübut edilmiş materiallara üstünlük verin.
Çuqun
Bir çox növ bişirmə qabları çuqundan hazırlanır. Bir çuqun qazan yeməyinizə sağlam miqdarda dəmir əlavə edə bilər. Lakin artıq dəmir səviyyəsindən narahatsınızsa, çuqunda pomidor sousu kimi turşulu qidaları bişirməkdən qaça bilərsiniz.
Emaye
Emaye çuqun qazanlar təhlükəsiz, effektiv, asan təmizlənən və qəşəng görünüş kimi xüsusiyyətlər təklif edir. Səthi cızmamaq üçün emaye qazan və tavalarda taxta qarışdırma qaşıqlarından istifadə etməlisiniz.
Paslanmaz polad
Bu tip qazan və tavalar dünyanın ən yaxşı aşpazlarının çoxu üçün ən yaxşı seçimdir. Hər ikisi təhlükəsiz olan polad örtüklü alüminium və mis əsaslı polad kimi müxtəlif növlərdə istehsal olunur. Nə qədər ki, qabın yeməyinizə toxunan hissəsi tamamilə təmizlənməmiş paslanmayan poladdan hazırlanıb, mis və ya alüminiumdan ibarət qulplar üçün narahat olmağa dəyməz.
Şüşə
Şüşə birbaşa sobada istifadə üçün çox uyğun olmasa da, xüsusi sobalarda istifadə edildikdə əla material seçimi ola bilər.
Keramika
Yüksək keyfiyyətli keramika qablar əla seçim ola bilər, lakin təmizlik sertifikatları olan istehsalçıları seçmək vacibdir. Çünki aşağı səviyyəli keramika məhsulları bəzən ağır metalları ehtiva edir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
