Bu gün:

Bananları evdə necə təzə, tər saxlayaq?


Banan saxlamaq üçün seçə biləcəyiniz bir neçə fərqli üsul var, lakin əsasən, evdə banan saxlayarkən diqqət etməli olduğunuz addımlar var. Əvvəlcə, bananları necə saxlamaq barədə danışaq:

Aldığınız banan dərhal yeyə biləcəyiniz miqdardadırsa, onları 3-4 gün otaq temperaturunda saxlayaraq, bu müddət ərzində təzə halda yeyə bilərsiniz. Bananı nəmdən qorumaq üçün aldığınız bananları plastik torbalarda saxlamamağa diqqət etməlisiniz. Plastik torbalar yerinə, nəmdən qoruya biləcəyiniz kağız torbalara üstünlük verməlisiniz. Aldığınız bananların qaralması varsa, onları digərlərindən ayrı saxlamalısınız.


Bananları bir həftə və ya daha uzun müddətdə saxlamaq üçün bananların qovşağını hava almasına mane olacaq bir şeylə, məsələn, alüminium falqa ilə büküb bağlamalısınız.

Bananları soyuducuda saxlamaq olar?

 Bəli, bananı soyuducuda saxlaya bilərsiniz. Çünki bananları soyuducuda saxladıqda, yetişmə prosesi yavaşlayacaq, daha uzun müddət qalacaq. Unutmayın ki, yetişmiş bananları soyuducuya qoymaqla qaralma prosesini ləngidə bilərsiniz. Bananların qabığı soyuducuda qaldıqca qəhvəyi rəng almağa başlayacaq, amma narahat olmayın, bu onların qaralacağı demək deyil. Bananların yetişməsindən asılı olaraq, onları 1-2 həftə soyuducuda rahatlıqla saxlaya bilərsiniz.


Bananları dondurucuda saxlamaq olar?

Bir dəfəyə çoxlu banan alıb dondurucuya qoymaq istəyirsinizsə, istifadə edəcəyiniz vaxta qədər- bananlarınızı ona uyğun olaraq dondurucuda saxlaya bilərsiniz. Smoothie kimi içkilər hazırlamaq üçün bananları saxlayacaqsınızsa, smoothie hazırlayarkən istifadə etdiyiniz miqdarı nəzərə alın, bananları soyun, bütöv və ya ortadan ikiyə bölərək torbalara qoyun və dondurucuya qoyun. Şirniyyatlarınıza dilim-dilim əlavə etməyi xoşlayırsınızsa, bananları dilimləyin, bir-birinin üst-üstə düşməməsi üçün torbalara düzün və diqqətlə dondurucuya qoyun. Bananları dondurucuda yetişmə müddətindən asılı olaraq 1-2 ay saxlaya bilərsiniz.

Banan çöldə saxlanılırmı?

Təbii ki, bananları çöldə saxlamaq olar. Çöldə saxlama zamanı nəzərə alınmalı olan detallar aşağıdakılardır:

Bananı həddindən artıq istidən və rütubətdən qorumalısınız. Onu mümkün qədər nəmli olmayan yerlərdə, birbaşa Günəşə məruz qalmadan saxlamalısınız. Bananlarınız yaşıldırsa, yetişməyibsə, onları çöldə saxlamaq daha yaxşı olardı, lakin qaralmağa başlayan yetişmiş bananlar üçün soyuducu variantını nəzərdən keçirmək tövsiyə olunur, unutmayın. Bananlarınız çox yaşıl və çiydirsə, tez yetişməsini istəyirsinizsə, onları kağız torbaya qoyub yanına alma və ya pomidor kimi meyvə-tərəvəz qoyaraq yetişmə prosesini sürətləndirə bilərsiniz.

Mənbə: Yemek.com 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et