Çay sodası ilə ləvazimatları təmizləmək daha asan və qısa müddətdə, hər şeyi təmiz və parlaq edir.
Daraq və fırçalarınızı təmizləmək üçün isti suya bir çay qaşığı soda töküb, fırçalarınızı bir müddət orada saxlaya bilərsiniz.

Bir vedrə qaynar suya yarım stəkan soda əlavə edib döşəməni silməklə parketlərinizi cilalaya hətta cızıqların görünüşünü azalda bilərsiniz.

Qablarınızdan heç vaxt çıxmayan yağ ləkələrindən qurtulmaq üçün qab yuma mayesinə bir qaşıq soda əlavə bilərsiniz.

Mikrodalğalı sobanın içini təmizləmək üçün nəm süngərə soda əlavə edib sürtməyə cəhd edə bilərsiniz.

Mətbəxdə su kranının altındakı kanalizasiya tutulubsa, bir az sirkə töküb üzərinə bir stəkan soda tökərək tıxanmanı aradan qaldıra bilərsiniz.
Bir sprey şüşəsində su və soda qarışdıraraq sobanızın daxili səthlərini təmizləyə bilərsiniz.

Uşaqların divarlara quru boya ilə çəkdikləri şəkilləri nəm parça və soda ilə asanlıqla silə bilərsiniz.

Vannanızı təmizləmək üçün yaş ikən soda səpib süngərlə ovuşdura bilərsiniz.

Paltar yuyucu vasitənizin təsirini artırmaq üçün bir az çay sodası əlavə edə bilərsiniz.

Divarlardakı, deşikləri bağlamaq üçün soda və diş məcununu qarışdırıb deşikləri doldura bilərsiniz.

Bıçaqlarınızı təmizləmək üçün təmiz və nəmli bir parça üzərinə soda töküb yumşaq bir şəkildə ovuşdura bilərsiniz. Lakin bu dəstlər gümüş və ya qızıl örtüklüdürsə, soda onu zədələyə bilər, ona görə də gümüş və qızıl örtüklü alətlərdə istifadə etməməyi tövsiyə edirik.

Mətbəxdə baş verən kiçik yanğınları soda tökərək, qısa müddətdə söndürə bilərsiniz.
Parça səthlərindəki, yağ ləkələrini çıxarmaq üçün ləkənin üzərinə soda töküb nəm fırça ilə fırçalaya bilərsiniz.

Breketləri iki çay qaşığı soda ilə qaynar suya batıraraq təmizləyə bilərsiniz.

Körpənizin paltarlarını daha yaxşı təmizləmək üçün kimyəvi olmayan yuyucu vasitəni yarım stəkan soda ilə qarışdırıb istifadə edə bilərsiniz.
Mənbə: Yemek.com
Tərcümə etdi: Nuran Əhmədzadə
