Planoqram- supermarketin təşkili sənətidir. Ac qarına alış-veriş etməyin. Ömrün boyu 1-2 dəfə yediyin şeyləri səbətində görməmək üçün ac qarına supermarketə getmə. Alacaqlarınızın listini yazmamısınızsa, böyük alış-veriş səbətini əlinizə almayın. Böyük səbəti mən dolduracağam deyə heç istifadə etməyəcəyiniz məhsulları alırsınız. Bir neçə şeyə ehtiyacınız varsa, sadəcə kiçik səbəti əlinizə alın. Əgər o məhsula həqiqətən ehtiyacınız olsaydı, onu evdə düşünərdiniz.

Supermarketin hiylələrindən biri də hər yerdə şöbələrin olmasıdır. Beləliklə, hara baxsanız, almaq üçün bir şey görürsünüz. Bu o deməkdir ki, siz ümumilikdə yüzlərlə məhsulu görəcəksiniz. Bu qədər məhsul gördükdən sonra daha çox almaq istəyirsiniz, ehtiyacın olduğunu düşünməyə başlayırsan. Nəzərinizə çatdıraq ki, sizə lazım olsa, evdə fikirləşərdiniz.
Göz səviyyəsində olan məhsullar ən bahalıdır, yuxarı və ya aşağı baxın.
Planoqram dediyimiz bu termin deyir ki, dünyada orta satış uzunluğu var: 1m 60 sm. Bu, bir çoxumuza orta rəflərdəki məhsulları əyilmədən və başımızı qaldırmadan görməyə imkan verən hündürlükdür. Daha aydın desək, ucuz axtardığınız qarğıdalı unu ya yuxarı, ya da aşağı rəfdədir.
İnsanlar ilk növbədə sağda olanı dərk etməyə meyillidirlər. Məhz bu səbəbdən ticarət mərkəzlərinin giriş qapısı çox vaxt sağ tərəfdə olur. Alış-veriş sağdan başlayır və məhz buna görə iki eyni məhsuldan daha bahalısı sağdadır.

Köhnə reklam, yeni romançı Frederik Beigbeder bütün sistemi tənqid etmək üçün kitabına 9.90 adını verdi (adı dəyişdirildi). Bütün bu tənqidləri təkbaşına deməli olduğunu söyləyib. Bu, nə qədər güclüdür, əslində bu, ehtimal məsələsidir. Daha ucuz olduğunu düşünürsən, amma elə deyil. Həm vizual, həm də hərfi mənada. Həqiqətən, hansımız bir qəpik axtarırıq?

Bir daha baxın, o məhsulda "həqiqətən" endirim varmı?
1,69-dan 1,63-ə düşən endirimlər, daha da pisi, 1,49-dan 1,59-a qədər “artan” endirimlər var. Bunlar həmişə sizə "ucuz aldım, amma çox aldım" deməyə məcbur edir.

“O dəhlizə mən cavabdeh deyiləm, xanım” desələr də, sizə lazım olan məhsulların harada olduğunu soruşun.
Supermarketlər gündəlik məhsulları girişdən mümkün qədər uzağa qoyurlar. Çünki məqsəd orada bütün bazarı göstərməkdir. Sizin üçün yeni ehtiyaclar yaratmaqdır. Daxil olun, sizə lazım olan məhsulun yerini soruşun. Alın və çıxın.

Ətrafınızdakı, mükəmməl quruluşun sizi aldatmasına imkan verməyin, o məhsulu imtina etdiyiniz yerdə buraxın.
Bəzilərimizdə bu vərdiş var. Səbətə atdığımız şokoladı almaq istəmirik. Amma biz şokolad şöbəsindən uzağıq və geri qayıtmaq çətindir. Belə bir anda o şokoladı olduğunuz şöbədə buraxın. Tutaq ki, siz bunu etmədiniz. O zaman unutmayın ki, kassada istədiyiniz məhsuldan imtina edə bilərsiniz.

Ac qarına alış-veriş etməməyi qeyd etmişdik?
Qısa bir sınaq keçirək, kiçik bir sual verək: Starbucks-ın yanından keçəndə hiss etdiyiniz qoxunu xatırlayırsınızmı? A: Bəli , B: B variantı deyə bir şey yoxdur. Qoxu 5 duyğudan ən mübarək olduğu üçün ən güclü yaddaşa malikdir. Ətirin liderlik etdiyi marketinq növü sensor marketinqdir. Sensor marketinq deyir ki, "məhsulu sata bilmirsənsə, qoxusunu sat, o dolaşır, mütləq alacaq". Ona görə də çörək sexindən keçəndə təzə çörəyin iyi gəlir. Dayanıb 5 çörək almadan dayana bilmirsən.
Mənbə: Yemek.com
Tərcümə etdi: Nuran Əhmədzadə
