
İsti yay aylarında müxtəlif yerlərə getməli, səyahət etməli ola bilirik. Bəzən elə olur ki, günəş yanıqları ilə qarşı-qarşıya qalırıq. Bəs günəş yanığını evdə necə müalicə etmək olar? Günəş yanığlnın sağalması prosesini necə daha rahat keçirtmək mümkündür? Gəlin, bunun üçün müxtəlif yollara nəzər salaq.
Keçid prosesi dəridən dəriyə də dəyişə bilər. Adətən, günəş yanığı ağrısı 3-5 gün ərzində yox olur. Soyuq su kompresi günəş yanığını və onun yaratdığı ağrıları mümkün qədər tez aradan qaldırmağa kömək edəcək üsuldur. Yanmış nahiyəyə soyuq suya batırılmış dəsmal çəkmək ağrıları aradan qaldırır və dərini rahatlaşdırır. Bundan əlavə, çoxlu miqdarda əlavə maye qəbulu ilə yanıq səbəbiylə su itkisinin qarşısı alınmalıdır.
Bundan başqa:
Uzun müddət günəşə məruz qaldıqdan sonra fərq edilən günəş yanıqları adətən müəyyən müddətdən sonra öz-özünə keçir. Ancaq bu vaxtı daha rahat keçirmək üçün edilə biləcək şeylər var.
1. Yanmış yeri mümkün qədər sərin saxlayın. Soyuq su ilə nəmlənmiş steril bezlərlə sıxmaq rahatlıq verəcəkdir. Siz həmçinin sərin su ilə duş qəbul edə bilərsiniz.
2. Dərinizin tipinə uyğun olan və mümkünsə, tərkibində spirt olmayan nəmləndirici krem çəkin. Effektiv müalicə üçün bir dermatoloqa da müraciət edə bilərsiniz.
3. Blisterləri açmayın, çünki infeksiya riski var. Əgər su ilə dolu qabarcıqlar yaranarsa, onların öz-özünə çıxmasını gözləyin.
4. Ağrı hiss edirsinizsə, həkiminizin tövsiyəsi ilə ağrıkəsicilərdən istifadə edə bilərsiniz.
5. Bol su için. Günəş yanıqları ilə yanaşı dəriniz dartılır və quruyur. Bol su içərək dərinizin nəm balansını qoruyun.
6. Yanmış yerlərin yenidən günəşə məruz qalmadığından əmin olun.
7. Günəş yanığı üçün yaxşı olduğu düşünülən dəriyə qatıq sürtmək və s. Hərəkətlərdən çəkinin. Soyuq olduğu üçün ağrıları kəsir, ancaq iltihablı vəziyyəti düzəldə biləcək effektə sahib deyil. Üstəlik, süd məhsullarında bakteriya var və bu bakteriyalar infeksiyalara səbəb ola bilər.
8. Günəş yanığına diş pastası sürtmək qaçınılması lazım olan hərəkətlərdən biridir. Çünki faydadan çox dəriyə zərər gətirəcək bir tətbiqdir.
9. Aloe vera və çobanyastığı olan məhsullar da iltihablara qarşı təsirlidir. Beləliklə, bərpa müddətini qısalda bilər.
Aydan Qasımova
