Bu gün:

Parlaq dəri üçün müraciət edə biləcəyiniz üsullar


Ev şəraitində tətbiq edə biləcəyiniz təbii üsullar sayəsində sağlam, canlı və parlaq görünən dəriyə sahib ola bilərsiniz.

Parlaq dəri üçün ediləcək işlər düşündüyünüz qədər mürəkkəb deyil. Dərinizin təmizlənməsinə diqqət yetirərək, dərinizi nəmləndirərək və təbii qulluq məhsulları ilə dərinizi dəstəkləyərək parlaq və gənc bir görünüş əldə edə bilərsiniz.

1. Hər səhər və axşam dərinizi təmizləyin

Aydın və parlaq dəri üçün gündə iki dəfə dərini dərindən təmizləmək çox vacibdir. Hər səhər üz təmizliyinə bir neçə dəqiqə sərf etmək gecə ərzində dəridə yığılan yağ və qalıqları təmizləyir və günə təzə görünüşlə başlamanıza imkan verir. Axşam dərinizi təmizləyərək, gün ərzində üzünüzə yapışan kir, toz və makiyaj qalıqlarından xilas ola bilərsiniz. Yatmadan əvvəl edilən üz təmizlənməsi də gecə baxımı üçün istifadə etdiyiniz digər məhsulların udulmasını sürətləndirərək təsirini artırır.

2. Nəmləndirici istifadə edin

Nəmləndirici kremlər aydın və parlaq dəri üçün çox vacibdir. Dərinizin tipinə uyğun nəmləndiricilərlə dərinizin nəmini saxlamasına kömək edə bilərsiniz. Nəm dərinin elastikliyini artıraraq gənc görünüş təmin edir. Bundan əlavə, nəmləndirici kremlər dəri səthində nazik təbəqə əmələ gətirərək dərinin xarici amillərə qarşı həssaslığını, quruluqdan yaranan çatları və tökülmələri azaldır.

3. Detoks suyu ilə canlandırın

Parlaq bir dəriyə sahib olmaq üçün özünüzə limon, xiyar və nanə yarpaqları ilə xoş ətirli detoks suyu hazırlaya bilərsiniz. 1 xiyar və limonu dilimləyin və nanə yarpaqları ilə 2 litrlik küpəyə qoyun. Bu suyu təxminən 1 saat soyuducuda saxlayın. İçməyə hazır detoks suyu ilə gün boyu rahat hiss edə bilərsiniz. 

4. Alma sirkəsi ilə təzələnin

Yaxşı məsamə sıxıcı kimi tanınan alma sirkəsi həm də ölü dərini ortaya çıxararaq sağlam və parlaq görünüş əldə etməyə imkan verir. Bir pambığı su ilə seyrəldilmiş alma sirkəsində isladın və yumşaq hərəkətlərlə bütün üzünüzə çəkin. Sirkənin bir gecədə hopmasına icazə verin və səhər üzünüzü yuyun.

5. Bal maskası hazırlayın

Tərkibindəki vitaminlər, minerallar və antioksidanlar sayəsində bal canlı və parlaq dəri üçün istifadə edə biləcəyiniz ən təbii məhsullardan biridir. Təmiz və qurudulmuş dərinizə nazik bir təbəqə ilə bal çəkin və təxminən 15 dəqiqə gözləyin. Sonra dərinizi ilıq su ilə yaxşıca yuyun. Bal təkcə, dərinizi işıqlandırmır, həm də məsamələri təmizləyərək dəriyə qulluq etməyə kömək edir. Bal maskasını hər gün edə bilərsiniz.

6. Aloe Vera ilə dərinizin tonunu açın

Aloe Vera yarpaqlarında olan gel antiseptik xüsusiyyəti ilə ləkəsiz dəriyə sahib olmanıza kömək edir. Aloe Vera yarpağının xarici qabığını və tikanlı kənarlarını çıxarın və qalan hissəsini kublara kəsin. Kubları birbaşa dərinizə sürtün. İstəsəniz yarpağın gelini maska kimi üzünüzə çəkə bilərsiniz.

7. Gül suyundan istifadə edin

Aydın və parlaq bir dəri üçün təbii möhkəmlədici tonik kimi də istifadə edilən qızılgül suyunu seçə bilərsiniz. Qızılgül suyunu 30 dəqiqə soyuducuda saxlayın. Soyudulmuş qızılgül suyunu pambığın üzərinə tökün, üzünüzü və boynunuzu pambıqla yumşaq bir şəkildə silin. Bunu səhər və axşam edə bilərsiniz. Gül suyu tətbiqindən sonra dərinizi nəmləndirməyi unutmayın.

8. Su için

Su dəriyə qulluq rutininin ən vacib komponentlərindən biridir. Unutmamalısınız ki, susuzluq təkcə fiziki sağlamlığınız üçün deyil, həm də dəri sağlamlığınız üçün mühüm təhlükədir. Dərinin itirdiyi nəmini geri qaytarması, canlı və parlaq görünməsi üçün istifadə etdiyiniz bütün qulluq vasitələrini və tətbiq etdiyiniz bütün üsulları bol su içərək tamamlamalısınız.

Aydın və parlaq dəri yaşınızdan asılı olmayaraq baxımlı və gənc görünməyə imkan verir.

Mənbə: Dove.com

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et