Bu gün:

Plastik qabı mikrodalğalı sobada istifadə etmək təhlükəsizdirmi?


Mikrodalğalı sobalarda plastik qablardan istifadənin sağlamlığa təsiri ilə bağlı bəzi narahatlıqlar var. Məsələn, plastik qabların mikrodalğalı sobada qızdırılması mikroplastiklərin və plastiklərin istehsalında istifadə olunan bəzi zərərli kimyəvi maddələrin qidaya keçməsinə səbəb ola bilər.

Mikrodalğalı sobalar sayəsində qidaların qızdırılmasını təmin edən mikrodalğalı sobalara heç bir material qoymaq mümkün deyil. Məsələn, şüşə, keramika və bəzi plastik növləri mikrodalğalı şüaları ötürə bildiyi üçün bu sobalarda istifadə oluna bilər, metaldan hazırlanmış qablar isə mikrodalğalı sobalarda istifadə üçün təhlükəsiz deyil, çünki mikrodalğalı şüaları əks etdirir.

Mikrodalğalı sobalarda hər növ plastik istifadə edilə bilməz. Çünki qızdırılan yeməkdən çıxan istilik bəzi plastik növlərinin əriməsinə səbəb ola bilər. Mikrodalğalı sobalarda istifadə üçün uyğun olan plastik qabların üzərində "Mikrodalğalı soba" simvolu var. Bununla belə, mikrodalğalı sobalarda plastik qablardan istifadənin sağlamlığa təsiri ilə bağlı bəzi narahatlıqlar var.

Plastik bu gün polimerlərdən hazırlanan bütün materialları təsvir etmək üçün istifadə edilən ümumi bir termindir. Əslində, polimerlərin çox müxtəlif növləri var. Məsələn, pəncərə profilləri və su boruları polivinilxloriddən (PVX), köpük lövhələri polistiroldan (PS), su qabları isə polietilen tereftalatdan (PET) hazırlanır.

Nəticələri bu yaxınlarda Environmental Science & Technology jurnalında dərc edilən araşdırmada müəyyən edilib ki, qida saxlamaq üçün istifadə olunan bəzi plastik növləri mikrodalğalı sobada qızdırıldıqda milyonlarla mikroplastikin ayrılmasına səbəb olur. Araşdırmada uşaq şüşələrində tez-tez istifadə edilən bir polimer növü olan polipropilen (PP) və qida saxlama torbalarında istifadə edilən polietilen (PE) materiallar sınaqdan keçirilib. Nəticədə mikrodalğalı sobada 3 dəqiqə qızdırılan bəzi plastik qabların 1 kvadrat santimetrindən, təxminən, 4 milyon mikro miqyaslı plastik hissəcik və təxminən 2 milyard nano ölçülü plastik hissəcik ayrıldığı müəyyən edilib. Mikroplastiklərin insan sağlamlığına təsiri tam öyrənilməmişdir. Bununla belə, mikroplastiklərin mədə-bağırsaq, ağciyər, böyrək, immun və sinir kimi bəzi insan hüceyrələrində hüceyrələrin ölümünə və funksiyalarının itirilməsinə səbəb olduğunu göstərən araşdırmalar var.

Bundan əlavə, plastiklərin istehsalında materialların xüsusiyyətlərini yaxşılaşdırmaq üçün əlavə edilən bəzi əlavələrin sağlamlığa zərərli təsirləri olduğu bilinir. Məsələn, plastiklərin sərtliyini artırmaq üçün əlavə edilən bisfenol A (BPA) bunlardan biridir. BPA orqanizmdə hormonal tənzimləməni pozaraq piylənmə və reproduktiv sistem pozğunluqları kimi müxtəlif problemlərə səbəb ola bilər. Mikrodalğalı sobada BPA tərkibli plastiklərdən istifadə BPA-nın qidaya keçməsini sürətləndirir. Buna görə də mikrodalğalı sobada plastik qablardan istifadə etməzdən əvvəl onların üzərində “Mikrodalğalı” işarəsinin olub-olmadığını yoxlamaq lazımdır.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et