Bu gün:

Yuxuda bıçaq görməyin sevgi ilə əlaqəsi olduğunu bilirdinizmi?


Yuxuda bıçaq görməyin sevgi ilə əlaqəsi olduğunu bilirdinizmi? Bu, insanın heç vaxt ağlına belə gətirməyəcəyi şeylər haqqında müəyyən məna daşıyır. Bıçaqla bağlı yuxulara bəzi şərhçilər mənfi yanaşsalar da, bəziləri onun müsbət mənalarına diqqət yetirirlər. Bəs yuxuda bıçaq görmək nə deməkdir?

Gəlin bu yuxunu birlikdə araşdıraq..

Çox vaxt güc, nəzarət, təhlükə, qorxu, təcavüzkarlıq kimi məsələlərlə əlaqəlidir. Bu o deməkdir ki, insan özünü və ya yaxınlarını qorumağa çalışacaq. Ola bilsin, insan düşdüyü vəziyyətə nəzarət etməyə çalışır.

Bəzi şərhçilər yuxuda bıçaq görməyi narahatlıq kimi nəzərdən keçirir. Onlar yuxuda gördüyü bıçağın, əslində, insanın şüuraltında özünü gücsüz hiss etdiyinə işarə olduğunu düşünürlər. Ola bilsin, bu yaxınlarda insan stressli vəziyyətlərlə mübarizə aparmalı olub. Bəzən insanın emosional vəziyyəti ilə əlaqədardır. Bu, yuxu görənin keçmişdə verdiyi qərara görə peşman olduğunu göstərir. Lakin yuxuda bıçaq görmək mənası yalnız bu deyil. Bir az daha ətraflı nəzərdən keçirək. 

Yuxuda əlində bıçaq görmək

Yuxuda birinin əlində bıçaq görmək insanın bir şey haqqında qərarlı olduğunu göstərir. İnsan qarşıda duran çətin prosesə əmindir və verdiyi qərar sayəsində güclü əhval-ruhiyyəyə malik olacaq. Həmçinin əlində bıçaq tutmaq münaqişələrə hazır olduğunu göstərir. Bəlkə də, həmin adam həyat yoldaşı və ya dostu ilə gərginlik hiss edir, lakin bu gərginliyi aradan götürəcək cavabı ola bilər. Yuxuda əlində bıçaq görmək, əslində, insanın gələcəkdə də vurğulanan bir şeyə güvənməli olduğunu göstərir. İnsanda bəzi inamsızlıqlar olsa da, onda olan potensiala inanmaq lazımdır.

Yuxuda başqasının əlində bıçaq görmək 

Yuxuda başqasının əlində bıçaq görmək özünü təhlükə altında hiss etmək, özündə inamsızlıq kimi hisslərə işarə edir. Bu göstərir ki, insan onlara zərər verəcək birinin olduğuna inanır. Əlbəttə, bu zərəri yalnız fiziki zərər hesab etmək olmaz. İnsan qorxur ki, ətrafdakılar öz məqsədlərinə, xəyallarına, işinə və ya münasibətlərinə zərər vuracaqlar. İnsanın nəzarətini itirmək qorxusuna işarə edə bilər. İnsan özünə kifayət qədər güvənə bilməz və ola bilsin ki, başqasının onların həyatına hakim olduğuna inansın.

Yuxuda bıçaq itiləmək

Yuxuda bıçağı itiləmək insanın daxilində intiqamın artması istəyinə işarə edə bilər. Bəlkə də, həmin şəxs özünə və ya yaxınlarına zərər vuran adamdan qisas almaq üçün sui-qəsd hazırlayır. Bu halda şəxs bıçağını itilədir, yəni həmin şəxs qarşısında durmaq üçün hazırlıq görür. Yuxunu görən şəxsin vacib imtahana, müsahibəyə və ya tədbirə hazırlaşdığının göstəricisi də ola bilər. Yəqin ki, həmin şəxs uzun müddət bu imtahana hazırlaşır. Bıçağı itiləmək insanın bu sınağının müsbət olacağını göstərir. Yuxuda bıçağı itiləmək də insanın həyatında hansısa köklü dəyişikliklər etmək istədiyini göstərir. Məsələn, insan münasibətlərində, işində və ya evində baş verən dəyişiklikləri xəyalında canlandıra bilər, hətta onlara hazırlaşa bilər.


Yuxuda bıçaq çəkmək

Yuxuda bıçaq çəkmək insanın özünü təhlükədə hiss etdiyini bildirə bilər. Ola bilər ki, insanın əvvəllər verdiyi qərarın başqalarına təsir etdiyini və bu qərarın nəticəsinin həmin insanları qane etmədiyinə əmin olsun. Bu halda şəxs müdafiə mövqeyinə keçmək və keçmişdə qəbul etdikləri bu qərarı yenidən nəzərdən keçirmək istəyə bilər. Bıçaq çəkmək olduqca riskli addımdır. Bıçaq çəkmək və ya yuxuda bıçaq çəkildiyini görmək insanın hansısa riskli işə addım atdığının göstəricisi ola bilər. Məsələn, həmin adam öz sabit gəlirli işindən getmək istəyə bilər. Lakin bu vəziyyət həm insan, həm də onun ailəsi üçün çox riskli olacaq. Bıçaq insanın qorxu və narahatlığına işarə edir. Bir sözlə, əgər insan yuxuda bıçaq görürsə, bu yaxınlarda yaşadığı bu cür hissləri nəzərdən keçirmək faydalıdır.


Yuxuda bıçaq istifadə etmək

Yuxuda hər hansı formada bıçaq istifadə etmək çox müsbət şərh edilmir. Əgər bir tikə çörəyi dilimləmək və ya hər hansı bir şeyi kəsmək üçün bıçaq istifadə etmək istəyirsinizsə, bu yuxu xəyanət və qısqanclıqdan əziyyət çəkdiyinizi göstərir. Əlinizi kəsmək, xüsusilə də bıçaq istifadə edərkən, mümkün qədər tez özünüzü qorumalı olduğunuzun göstəricisidir.


Yuxuda bıçaq almaq

Yuxuda bıçaq almaq nüfuzlu şəxsdən istinad almaq deməkdir. Bıçaq güc və zənginliyin təmsil olunan məhsuludur. Bu səbəbdən yuxuda bıçaq almaq insanın zəngin və güclü bir insanın himayəsi altına gələcəyini və onun təsiri altında daha yaxşı bir yerə gələcəyini göstərir. Yuxuda dostdan bıçaq almaq insanın bu dostla münasibətinin möhkəmlənəcəyindən xəbər verir. Bıçaq götürən şəxs son dərəcə etibarlı insandır. Onların münasibətləri də möhkəm təməllər üzərində qurulacaq. Bəzi alimlər deyirlər ki, insan bıçaq aldığı adamla və ya bıçaq verdiyi adamla böyük iş görər.


Yuxuda Bıçaq İtiləmək

Biznes həyatında qarşılaşdığı problemləri həll edən insandır. Buna görə də ona heç bir bəla üz verməyəcək. Kəskin bıçaq radikal qərarlara da işarə edə bilər. İnsanın başına gələcək bəzi qəfil dəyişikliklər, xüsusilə də, işgüzar həyatda həyatının gedişatını tamamilə dəyişəcək.

Mənbə: Onedio 

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et