Bu gün:

Necə stil sahibi olmaq olar?


Məşhur inancın əksinə olaraq, həqiqətən, dəbli qadınlar fövqəlbəşər deyillər-onlar sadəcə hazırdırlar. Onlar da pis vəziyyətlərə düşə bilirlər. Lakin biz bu qadınları ətrafda ləkələnmiş koftalarda görmürük. Çünki onlar bununla necə məşğul olacaqları barədə məlumatlıdırlar. Həqiqət budur ki, həsəd apardığınız stil sahibləri bir neçə faydalı vərdişlərinə görə gündəlik həyatda çox qəşəng görünürlər. 

Paltarları gecədən hazırlayırlar

Bu sehr deyil. Küçədə gördüyünüz dəbli qadınlar, həqiqətən də, belə görünməyə çalışıblar. Səhər çaxnaşma içində qaçmaqdansa, paltarlarını gecədən hazırlayıblar.

Hazırlaşmaq üçün özlərinə çox vaxt verirlər

Zəngli saatı mürgüləmək əvəzinə, erkən durub saçınızı düzəltmək üçün istifadə edin. Beləliklə, evdə qaçmaq məcburiyyətində qalmayacaqsınız. Bir kəmər və ya xüsusi bir zinət əşyası taxmağa və daha bir neçə toxunuş etməyə vaxtınız olacaq.

İlham üçün digər qəşəng qadınları izləyirlər

Qəşəng qadınların özünəməxsus görünüşü ola bilər. Lakin bu o demək deyil ki, onlar moda ikonları və ya digər şık qadınlardan ilham axtarmayacaqlar. Bunun üçün ən yaxşı yer isə instagram və pinterestdir.

Havaya uyğun geyinirlər

Evdən çıxmazdan əvvəl hava proqnozunu izləyin ki, havaya uyğun geyinə biləsiniz. Küləkdə ətək tutmaq məcburiyyətində qalmayasınız.

Ətraf mühitə uyğun geyinirlər

Məkandakı səliqəli geyinən qadınlar həmişə geyim tərzinə uyğun geyinənlərdir. Çılpaq yubka və ya açıq-saçıq kofta geyinmək fikrindəsinizsə, əvvəlcə hara və kiminlə görüşməyə getdiyinizi düşünün.

Onlar ancaq əyinlərinə uyğun paltarlarını geyinirlər

Təbii ki, aramızdakı ən dəbli qadının belə qarderobunda köhnə dar şalvar və ya yuyulandan sonra heç vaxt əvvəlki kimi olmayan kofta var. Lakin onu heç vaxt geyinmirlər. Bir şeyi nə qədər sevsən də, sənə yaraşmırsa, onu atmağın vaxtıdır.

Zərifliklərini bahalı görünən tək bir parça ilə gücləndirirlər

Bəli, zəriflik seçilmiş paltarla sıx bağlıdır. Bu qadınlar kiçik toxunuşlarla görünüşlərini daha da cəlbedici edə bilirlər. Məsələn, keyfiyyətli dəri kəmər, xüsusi bir cüt sırğa və ya lüks çanta.

Mükəmməl aksesuar seçirlər

Aksessuarın bir sərhəd xətti var ki, həddindən artıq şişirtmədir. Ən dəbli qadınlar o xəttin harada olduğunu dəqiq bilirlər. Özünüzə sual verin: həqiqətən, o yaylığı və boyunbağı taxmağa ehtiyacınız varmı?

"Şık" paltarlarında heç vaxt tənbəllik etməzlər

Niyə dəbli qadın paltarları heç vaxt qırışmır? Çünki ipək paltarları ilə divanda uzanmazlar. 

Paltarlarını qatlayıb asarlar

Bluz və şalvarlarınızı yerə atdığınız müddətcə öz-özünə qırışmayacaq. İstifadədən dərhal sonra paltarlarınızı qatlamağa və asmağa vərdiş edin. Növbəti dəfə hazır olduqlarından əmin olun.

Dabanlı və düz ayaqqabıları nə vaxt geyinəcəklərini bilirlər

Stil sahibi qadın həm də ağıllı qadındır. O, qarderobuna müxtəlif ayaqqabılar yığır. Stilettosunu nə vaxt çıxaracağını və ya nə vaxt düz paltar seçəcəyini bilir.

Paltarlarını yumaq və quru təmizləmə üçün ayıra bilirlər

Paltarlarınızı harasa qoyub unutmaqdansa, gündəlik olaraq çeşidləməyi vərdiş edin. Beləliklə, sevimli koftanızı geyinməyə çalışdığınız zaman üzərindəki dəhşətli ləkəni görüb xoşagəlməz bir sürprizlə qarşılaşmayacaqsınız.

Əllərində həmişə təcili moda dəsti var

Nə qədər hazır olsaq da, yenə də başımıza bir şey gəlir. Bu qadınların digərlərindən ən böyük fərqi onların hazırlıq səviyyəsidir. Yanınızda təhlükəsizlik sancaqları, bantlar, ikitərəfli lent və s. olan təcili yardım dəsti olsun. Bu sayədə xırda problemlər zamanı özünüzə qulluq edə biləcəksiniz.

Şəxsi üslublarına sadiq qalırlar

Stil sahibi qadınlar heç vaxt trendlərə boyun əyməzlər. Onların qarderoblarında həmişə fərqlənən və işləyən klassik parçalar var. Ona görə də həmişə geyinəcək bir şeyləri var.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş