Bu gün:

Hansı bitkilər pişiklərə zərər vermir?


Çoxumuz evimizdə şirin dostlarımızla yaşayırıq. Əgər evimizdə bitki yetişdirmək istəyiriksə, dostlarımızı da nəzərə almalıyıq.

Pişiklər ətyeyən heyvanlardır. Lakin pişiklərin ot yediklərini də görə bilərsiniz. Pişiklər bitkiləri əsas qida kimi qəbul etmirlər. Onlar ağrıları aradan qaldırmaq üçün ot yeyirlər. Buna görə tez-tez yarpaqlarda dişlənmiş yerlər görürük. Ancaq bəzi bitkilər pişiklər üçün zəhərli ola bilər. Evdə yetişdirdiyiniz bitkilərin pişiyinizi zəhərləməsini istəmirsinizsə, təhlükəsiz otaq bitkiləri ilə tanış olun.

İlan dərisi çiçəyi (Haworthia)

İlan dərisinə oxşayan bu çiçək zebra kaktus kimi də tanınır. Son vaxtlar ev bitkisi kimi çox məşhurlaşan şirəli bitki skulentin bir növüdür. Baxımı son dərəcə asandır. Az yer tutur. Bundan əlavə, pişiklər üçün təhlükəsizdir, bu da onu evdə saxlamaq üçün son dərəcə əlverişlidir.

Afrika bənövşəsi

Bir pişik yaşayan evdə yetişdirə biləcəyiniz başqa bir təhlükəsiz bitki Afrika bənövşəsidir. Tanzaniya bu bitkinin vətənidir. Ona yaxşı qulluq edildikdə ilin demək olar ki, on iki ayı çiçək açır. Birbaşa işığı və rütubəti sevən Afrika bənövşələri evinizi gözəlləşdirir. Pəncəli dostunuza heç vaxt zərər vermir.

Qılınc yarpaq qıjı (Boston fern)

Qılınc yarpaqlı qıjı pişiyiniz üçün zərərsizdir. O, birbaşa günəş işığını sevmir və torpaq quruduqca sulanmasını sevir. Düzgün baxsanız, evinizin havasını da təmizləyən pişik dostu ev yoldaşınız olacaq.

Milad kaktus (Schlumbergera)

Vətəni Braziliya olan bu növ kaktus adətən qışın əvvəlində çiçək açdığı üçün Milad kaktusu adlanır. Digər kaktuslar kimi istiliyi sevir, lakin birbaşa günəş işığından çox rəngarəng günəş işığı almalıdır. Yayda torpaq yarı quruyanda, digər vaxtlarda isə tam quruyanda sulanmalıdır.

Palma (Hall date)

Vətəni Qvatemalad olan bu bitki ev heyvanları üçün zərərsizdir. Bitki birbaşa günorta günəşindən uzaq tutulmalıdır. Suyu çox sevdiyi üçün tez-tez sulanmalı və yarpaqlarına su səpilməlidir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş