Bu gün:

Müasir valideynlərin etdiyi 10 səhv


Müasir valideynlik problemləri ilə üzləşməyin vaxtıdır.

Mükəmməl valideynlər yoxdur. Lakin onlar həmişə əlindən gələnin ən yaxşısını etməyə çalışırlar. Təbii ki, bu səy heç də həmişə səhvlərin qarşısını almır. Uşağınızı tərbiyə edərkən çəkinməli olduğunuz 10 vacib davranış belədir:

1. Susmaq üçün güzəşt etmək

Ticarət mərkəzləri, supermarketlər, küçələr qışqıran uşaqlar və onları dayandırmağa çalışan analarla doludur. Analar bu böhranları dayandırmaq üçün güzəştə getməyə hazırdırlar. Uşaq bunu dərk etdikdə özü üçün hazırladığı strategiyanı təkrar-təkrar tətbiq etməkdən çəkinmir. Ancaq bu böhranların qarşısını almaq üçün sadə tədbirlər görülə bilər:

Alış-verişə getməzdən əvvəl uşağınızın qidalandığından əmin olun. Övladınızla market alış-verişinə getməyin. Evə çatdırılması olan ərzaq mağazalarını seçin.

2. Müəyyən edilmiş limitlərdə israr etməmək

Əgər uşağınız hər fürsətdə ərköyündürsə, çox güman ki, yetkinlikdə eqoist və tələbkar olacaq. Bununla belə, çox sərt olmaq və çox yumşaq olmaq arasında kifayət qədər boşluq var. Müəyyən edilmiş sərhədləri qoruduğunuzdan əmin olun.

3. Uşağı intizamlı etməyə çalışan baxıcılara dözə bilməmək

Uşağınızın yaxşı və məsuliyyətli bir şəxsiyyət olması üçün onların müəllimləri və baxıcıları ilə birgə səy göstərməlisiniz. Onu hər kəsə qarşı qeyd-şərtsiz qorumaq və izləmək yaxşılıqdan çox peşmanlığa səbəb olar. Bu insanlarla ünsiyyət qurmalı və ümumi bir yol tutmalısınız.

4. Nəticələri izləməmək

Siz də, uşağınız da unutmamalısınız ki, müəyyən edilmiş məhdudiyyətlərə əməl etməməyin nəticələri var. Əgər unutsanız, nəzarəti itirəcəksiniz və uşağınız özbaşına hərəkət etməyə başlayacaq. Etməli olduğunuz şey onun səhvlərinin nəticələri ilə dərhal üzləşməkdir.

5. Empatiyanın olmaması

Uşağınızla empatiya qurmaq gələcək üçün böyük bir sərmayə olacaq. Həmrəylik üçün vaxt ayırın və rəğbət göstərin. Bu onu korlamaq və ya məsuliyyətlərində güzəştə getməyə məcbur etmək demək deyil. Empatiya onunla düzgün ünsiyyət qura bilmək, onun düşüncə və hisslərini başa düşmək deməkdir. Sözlərlə ünsiyyət həmişə fiziki reaksiyalardan daha yaxşıdır.

6. Valideynlərinizin sizi böyütdüyü üsullarla davranmaq

Əgər ciddi nizam-intizamla tərbiyə olunmusunuzsa, siz də eyni nümunəyə əməl edirsiniz. Valideynlik adı 1970-ci illərdə qoyulmuşdur, lakin bu elm deyil. Dəqiq qanunları yoxdur. Sadəcə sağlam düşüncədən istifadə etməlisən. Daim uşaqları danlamamalısan, nə də istəklərini etmələri üçün rüşvətdən istifadə etməməlisən. Ancaq unutmayın ki, nəzarət sizdə olmalıdır.

7. Pis nümunə olmaq

Valideynlər övladlarına nümunədirlər. Ən kiçik bir hadisədə nəzarəti itirsəniz, uşaqlar bunu normal davranış kimi qəbul edərlər. Qışqırmaq, hirslənmək, insanları günahlandırmaq pis nümunədir. Eyni şey yediyiniz şeylərə də aiddir. Sağlam qidalansanız, uşağınızın öz seçimlərini edərkən sizi örnək alacaq.

8. Uşağınızla kifayət qədər keyfiyyətli vaxt keçirməmək

Uşaqlarınızla vaxt keçirərkən, onlara həqiqətən ehtiyac duyduqları diqqəti verirsinizmi? Siz kompüterinizdən, smartfonunuzdan və televizorunuzdan necə uzaq durmağı və ona sərf etdiyiniz bütün vaxtı səmərəli istifadə etməyi bilməlisiniz.

9. Səbri öyrətməmək

Bir çox valideynlər uşaqlarına səbir öyrətməyə laqeyd yanaşırlar. Ancaq gözləmək məcburiyyətində qaldıqda bu bacarığın olması lazımdır. Uşağınıza səbirli olmağı öyrətmək həm bu gün, həm də gələcəkdə yetkin olanda yaşayacağı stressi azaldır və onu hörmətli olmağa aparır.

10. Rəhbərlik etməmək

Valideynlər çoxlu əmr və göstərişlər verməyə meyillidirlər. Yaydığınız mənfi enerji haqqında düşünün. Əgər siz onları necə idarə edəcəyinizi və sakit şəkildə istiqamətləndirəcəyinizi bilsəniz, bu hər iki tərəf üçün işləri asanlaşdırar. 

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş