
Pişiklərin şirinliyi və mehribanlığı onları həyatımızın əvəzolunmaz hissəsinə çevirir, lakin dünyanın varlığı üçün daha vacibdir. Pişiklərin nəsli kəsilsə və ya bir anda yoxa çıxsaydı, dünyanın sonu gələrdi.

Təbii ki, təbiətdəki heç bir canlı mənasız deyil, amma burada pişiklər çox daha böyük rol oynayır. Bu şirin canlılar dünyanın 100 ən invaziv növündən biri hesab olunur. Bu, dünyada pişiklərin varlığını çox daha mənalı edir.
Mütəxəssislər deyirlər ki, pişiklərin nəsli kəsilərsə dünyadakı bütün tarazlıqlar birdən pozulacaq.
Ev pişiyinin mənşəyinin eramızdan əvvəl 9500-cü ilə aid olduğu düşünülsə də, həyatımızda mübahisəsiz yeri olan pişiklərin Qədim Misirlilər tərəfindən əhliləşdirildiyini və eramızdan əvvəl 1500-cü ildən bəri pişiklərlə yaşadığımızı göstərən tapıntılar da var.Qısacası, tarixini dəqiq bilməsək də, uzun illər pişiklərin insanlarla ortaq həyat sürdüyü dəqiqdir.Bununla belə, demək olar ki, hər kəsin ev pişiklərinin soyunun şir və çita kimi vəhşi pişiklərlə eyni mənşəyə söykəndiyi bir həqiqətdir.
Qəbul edilən fikirlərdən biri budur ki, biz evlərimizi pişiklərlə bölüşməyə başladıq, çünki onlar siçovullar və həşəratlar üçün əla ovçudurlar.
FAW-ın hesablamalarına görə, sahibsiz pişiklər insan əhalisi qədərdir.
Onların varlığı ilə dinclik tapdığımız evimizin sevinci olan pişiklər günün 70%-ni yatır, amma şirin canlar istəsələr, bir anda boylarının 6 qatına tullana bilirlər.

Araşdırmalar göstərib ki, pişik sahiblərinin infarkt keçirmə riski 40 faiz aşağıdır. Pişiklər döş xərçəngini aşkar edə bilir və pişik mırıltısı osteoporoz üçün yaxşıdır.
Pişiklər vibrasiyaya son dərəcə həssasdırlar, ona görə də zəlzələni 10-15 dəqiqə əvvəl hiss edə bilərlər.
Pişiklərin beyin quruluşu insan beyninə 90 faiz bənzəyir.
Pişiklər itlərdən daha yaxşı eşitməyə malikdir. Pişiklər insanların eşitmədiyi bəzi səsləri eşidə bilirlər.
Onlar saatda 49 kilometr sürətlə qaça bilirlər.
Pişiklər qlobal ekosistemin əvəzsiz hissəsidir. Onlar olmasaydı, yer üzü tezliklə gəmiricilər tərəfindən işğal ediləcəkdi. Siçanlar və siçovullar taxıl ehtiyatlarımızı əridər, xəstəliklər yayar və bəzi quş növlərini məhv edərdilər.
Yeni Zelandiyada kiçik bir adadan bir müddət pişiklər çıxarılaraq həyata keçirilən təcrübə nəticəsində siçanların taxıl anbarlarına böyük ziyan vurduğu görülüb. Dəniz quşlarının yumurtaları ilə qidalanan siçanlar da bu quşların sayını azaldıb.
Əgər siz bütün dünyada bu təcrübəni etməyə çalışsanız və dünyada milyonlarla pişiyi bir yerə qoyub gizlətsəniz yəqin ki, insanlar bir müddət sonra aclıqdan ölərlər.
Mənbə: Habertürk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
