Bu gün:

Dəmlikdə qalan çayla nələr etmək olar?


Çay dəmlədiniz, amma hamısını içə bilmədiniz? Qalan çayı tökməzdən əvvəl yaxşıca düşünün. Çaydanda qalan çayla bunları edə bilərsiniz:

1. Saçınızı şampunladıqdan sonra son su olaraq bir stəkan ilıq çayla yuyun. Görün saçlarınız necə parlaq olacaq.

2. Hər axşam yatmazdan əvvəl ayaqlarınızı ilıq çayla dolu ləyənə batırın və 10 dəqiqə saxlayın. Beləliklə, ayaq qoxunuz aradan qalxacaq.

3. Boğaz ağrısı üçün ağız qarqarası kimi istifadə olunur.

4. Dəriniz yağlıdırsa, hamamdan çıxmazdan əvvəl son olaraq dərinizi çayla ovuşdurun.

5. Çayı pambıqla dərinizdəki yaraları təmizləmək və antibiotik effekti vermək üçün istifadə edə bilərsiniz.

6. Balıq təmizlədin, əllərini sabunla yudun və hələ də balıq iyi gəlir? Yaxud soğanı soymusan, soğan iyi gəlir? Budur yenə sənin xilaskarın, çay. Əllərinizi dəmlənmiş çayla yuyun. Qoxunu aradan qaldıracaq.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et