Bu gün:

Uşaqların tez yorulmasının səbəbləri


Hər bir valideyn üçün övladının sağlamlığı və gələcəyi vacibdir. 

Bəzən uşaqların tez yorulmasını müşahidə edə bilirik və bunun müxtəlif səbəbləri var. Bəzi səbəblər fiziki, pəhriz və ya həyat tərzi ilə bağlıdır.


1. Fiziki aktivliyin zəifliyi

Uşaqların tez yorulmasının əsas səbəblərindən biri fiziki aktivliyin olmamasıdır. Bu gün texnologiyanın sürətli inkişafı ilə uşaqların oyun saatlarını televizor, kompüter və digər elektron cihazlarla keçirdikləri görülür. Fiziki fəaliyyətin olmaması uşaqların əzələlərini və ürək-damar sistemlərinin inkişafına mane olur.  Uşaqların enerji səviyyəsi aşağı düşür və tez yorulur. Bundan əlavə, fiziki fəaliyyətin aşağı səviyyədə olması piylənməni, bədən çəkisinin artması riskini artırır və ümumi sağlamlığa mənfi təsir göstərir. Uşaqların gündəlik fiziki fəaliyyət ehtiyacları onların yaşından və inkişaf səviyyəsindən asılı olaraq dəyişir. Ümumiyyətlə, 5-17 yaşlı uşaqlar üçün ən azı 1 saat fiziki fəaliyyət lazımdır. Bu fəaliyyətlərə qaçış, velosiped sürmə, top oyunları, rəqs və üzgüçülük daxildir.

Fiziki fəaliyyətin olmaması uşaqların əzələ gücünə, dözümlülüyünə və elastikliyinə mənfi təsir göstərir. Əzələlər güclənməsə, uşaqlar daha tez yorulur və enerjilərini saxlamaq üçün daha çox çalışırlar. Nəticədə gündəlik fəaliyyətlər və oyun vaxtları qısalır, hətta məktəb performansına mənfi təsir göstərə bilər.


2. Yuxu rejiminin pozulması

Uşaqların tez yorulmasının digər mühüm səbəbi yuxu rejiminin pozulmasıdır. Yuxu bədənin istirahəti, bərpası və enerji yığması üçün çox vacibdir. Lakin müasir həyatın gətirdiyi gərgin iş qrafikləri, elektron cihazların geniş istifadəsi və nizamsız yuxu rejimi uşaqların yuxu saatlarına təsir edir. Kifayət qədər yuxu almaq uşaqlar üçün enerjili olmağa  və gün ərzində aktiv olmaq üçün çox əhəmiyyətlidir. Natamam yuxu yaddaş problemlərinə, əsəbiliyə və emosiyaların idarə olunmamasına təsir edir.


Mənbə: Neoldu

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et