Bu gün:

Evdə heyvan saxlamaq günahdır?


Evdə heyvanların saxlanmasının günah olması ilə bağlı müxtəlif fikirlər var. İnsanlar bildirirlər ki, hər evdə bir heyvan var və uşaqlar heyvanlarla böyüyərsə, bu, empatiya və əxlaqi dəyərlərin inkişafında mühüm rol oynayır.


İngiltərədə aparılan araşdırmalara görə ev heyvanı olan uşaqların məktəbə digər uşaqlara nisbətən 18 gün daha çox getdiyi müəyyən edilib. Araşdırmanın nəticələri müəyyən edilib ki, ailə problemləri olan insanların 28%-i evdə heyvan bəsləyirlər. Uşaqlara ev heyvanına baxmaq üçün vərdiş 5-8 yaşından aşılanmalıdır.

Məlumdur ki, İslam dininə görə evdə pişik saxlamaq olar, lakin itin saxlanması günahdır. İtləri bağçada saxlamaq heç bir problem yaratmayacaq.  Peyğəmbərimiz Həzrət Muhəmməd (s) pişiklərin çirkli heyvan olmadığını və onların gəzdiyi yerdə namaz qılına biləcəyini bildirmişdir. Səhabələrdən bir xanım deyirdi ki, dəstəmaz alması üçün qaba su qoymuşdu. Pişik gələrək o qabdan su içəndə əmim Əbu Qətədə qabı pişiyin qabağına daha da yaxınlaşdırdı ki, pişik rahat su içsin. Ona heyrətlə baxdığımı görüb dedi:


“Niyə təəccüblənirsən?" 

O buyurdu: “Pişik murdar deyil. Ətrafınızda gəzən sevimli bir heyvandır".

Peyğəmbərimiz hədislərində mələklərinin it saxlanan evə girmədiyini bildirmişdir. Halbuki yaxşı əməlləri və günahları yazan mələklər daxil olub öz vəzifələrini yerinə yetirirlər. Amma indiki zamanda pişik saxlamaq və  itə sahib olmaq olduqca  çətindir. Çünki pişiklərin tualet ehtiyacları üçün uyğun yerləri tapmaq, təmizlik və baxım işlərinə böyük diqqət yetirmək lazımdır.

Mənbə: neoldu.com

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et