Bəzi insanlar səhər saatlarında daha aktiv olsalar da, bəziləri üçün vəziyyət əksinə ola bilər. Bəs səhər insanı olmaq üçün nə etməliyik? Asanlıqla oyanmağın 5 yolu:
1. Yuxu rejiminizi qaydaya salın.
İlk növbədə hər gecə 7-8 saat yatmalısınız. Eyni vaxtda yatıb, eyni vaxtda oyandığınız zaman bədəniniz zamanla bu vəziyyətə alışacaq.
2. Telefonunuzu özünüzdən uzaqlaşdırın.
Yataq otağınıza girdiyiniz zaman cib telefonunuzu yatağınızın yanında qoymamağa diqqət edin. Yuxuda çətinlik çəkdiyiniz zaman telefon və televiziya kimi elektron cihazlardan uzaq durmaq yuxu keyfiyyətinizi artırmağa kömək edəcək
3. Kofein istifadəsinə diqqət edin.
Bəzi araşdırmalar göstərir ki, kofein yuxuya getməyi çətinləşdirir. Odur ki, gün ərzində 2-3 fincandan artıq qəhvə içməməyə diqqət edin.
4.Stress və narahatlıq səviyyənizi tarazlaşdırın
Gün ərzində yaşadığınız stressi tarazlaşdırmaq üçün rahatlaşdırıcı bir fəaliyyət tapa bilərsiniz. Bunlar uzun gəzintilər, hər gün 1 saat rəsm çəkmək və ya kitab oxumaq və s. ola bilər. Çünki zövq aldığınız bir fəaliyyətlə məşğul olmaq zehninizin rahatlamasına səbəb olacaq.
Mənbə: N-Life
Tərcümə etdi: Lamiyə Cənnətzadə
