
Əsl dostlar dostluqdan şübhələnməyə əsas vermir. Həyatınızda bir dostunuzdan şübhələnmisinizsə, deməli nə isə səhvdir. Əsl dostun 10 əlaməti.
1.Sizin sevincinizə sevinirlər.
Əsl dostlar siz xoşbəxt olduğunuz zaman həmişə sizin üçün sevinirlər. Nəyə isə nail olduqda onlar səninlə həqiqətən fəxr edirlər.
2.Həmişə arxanızdadırlar.
Siz sirlərinizi onlara danışırsınız. Çünki əsl dost səni həmişə qoruyacaq. Sizi hər şeydən və sizi aşağı salmağa çalışan hər kəsdən qorumağa çalışacaq.
3.Ehtiyacınız olan vaxt sizinlə olurlar.
Əsl dostlar yaxşı və ya pis, nə olursa olsun həmişə sizi dəstəkləyirlər.
4.Əsl dostların diqqəti üzərinizdə olur.
Əsl dostlar sizin necə olduğunuzu bilmək istəyirlər. Hər şeyin qaydasında olduğundan əmin olmaq üçün sizə həyatınızda baş verənlərlə bağlı suallar verirlər.
5.Sizinlə vaxt keçirmək istəyirlər.
Sizi ziyarət etmək üçün səy göstərirlər.
6.Sizlə bir çox məsələlərini paylaşırlar.
Əsl dostlar sizə nələrisə deyə biləcək qədər güvənirlər, bilirlər ki, onları mühakimə etməyəcəksiniz.
7.Sizə sadiq olurlar.
Əsl dostlar arasında məsafə problem deyil. Vaxt keçər, məsafə çox olar, lakin dostluqlar eyni qalar.
8.Sizə hörmət edərlər.
Əsl dostlar heç vaxt sizi narahat hiss etdirməzlər. Onlar sizinlə empatiya qurar və hisslərinizə hörmət edərlər.
9.Rahat kommunikasiya qurarlar.
Əsl dostlar öz hissləri ilə bağlı sizinlə dürüst olurlar və problemləri həll etməyə çalışırlar.
10.Sizi olduğunuz kimi qəbul edərlər.
Dostunuz sizi bütün qüsurlarınızla qəbul edər və sizi dəyişməyə çalışmaz. Siz özünüzə inanmasanız da o sizə inanar.
Mənbə:N-life
Tərcümə etdi:Lamiyə Cənnətzadə
