
24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovdur. O, telefonların qızması səbəbləri və qorunma haqqında danışıb.
-Yayda telefonlar istidən qızır bu hansı problemlərə səbəb ola bilər və bundan necə qorunmaq olar?
Qeyd etmək lazımdır ki, ümumiyyətlə, dünyada buraxılan bütün mexanizimlərdə, qurğularda müəyyən istilik və soyuqluq dərəcəsi ilə işləmək imkanları vardır. Telefonlar da bu qurğulardan biridir. Bunların da müəyyən işləmə dərəcəsi vardır ki, müsbət və mənfi nə dərəcəyə qədər normal işləyə bilər. Nəzərə almalıyıq ki, texniki qurğularımızın, smartfonlarımızın imkanları məhduddur və bununla bağlı onları qəbul edilmiş texniki göstəricilər əsasında istifadə etməliyik.
Belə olan halda biz nə etməliyik:
- Kölgədə istifadə edilməlidir, yəni günəşin birbaşa şüaları altında, isti olan vaxtlarda istifadə etməməliyik. Çünki bu səbəblər müəyyən bir mənada hər hansı problem yarada bilər. Bundan başqa, onu daha çox yüklədikdə, məsələn, kompüter oyunları, telefon oyunları istifadə olunduqda və s. digər hallarda telefonun qızmasına və sönməsinə səbəb ola bilər. Yəni bu nöqteyi-nəzərdən isti olan ərazilərdə, eləcə də kondisoner olmayan binalardan kənarda smartfonlardan minimal istifadə olunmalıdır. Çünki əvvəl də qeyd etdiyim kimi əgər texniki göstəricilərə əməl etməriksə, onu çox yükləyəriksə, ondan çox istifadə edəriksə, bu zaman qızma prosesi baş verəcək. Yəni havanın da isti olması müəyyən dərəcədə telefonun qızmasına təsir göstərir, bu baxımdan açıq havada minimal istifadə olunmalıdır ki, telefonun, smartfonun qızması prosesi baş verməsin.
Fəridə Sadıqzadə
