Bu gün:

Gündəlik planı necə hazırlamaq olar?



Gündəlik cədvəli hazırlamaqda ilk addım:

Gündəlik planlaşdırma proqramı hazırlamaq üçün masa arxasına əyləşməzdən əvvəl bütün işləri, ev tapşırıqlarını və tapşırıqları kiçik bəndlərdə yazmaq sizə gündəlik planlaşdırma mərhələsinə gəldiyiniz zaman axın yaratmağınıza yol göstərəcək.

Gün ərzində intensivliyinizin necə olacağını təxmin edə bilmək sizə bu intensivliyi gün ərzində necə paylayacağınızı bilməyə və gündəlik cədvəl hazırlamağa bir addım qabaqda başlamağa imkan verəcək.

 Gündəlik cədvəli müəyyən bir ardıcıllıqla saxlayın:

bütün məsuliyyətlərinizi kateqoriyalara ayırın

Gündəlik cədvəl hazırlamaqda ilk addımı atdınız və bütün işlərinizi, ev tapşırıqlarınızı, vəzifə və məsuliyyətlərinizi bir yerdə qeyd etdiniz. İndi bir-biri ilə əlaqəli tapşırıqlarınızı təsnif etməyin vaxtı gəldi. Gündəlik plan kateqoriyalarınıza aşağıdakılar daxil ola bilər: ev, İş, şəxsi baxım, idman, ev tapşırığı... Siz öz gündəlik cədvəlinizə uyğun olaraq bu kateqoriyaları şaxələndirə bilərsiniz və ya istəsəniz hər kateqoriyanı qruplara ayıra bilərsiniz.

Evdə gündəlik plan hazırlayarkən məsuliyyətlərinizi kateqoriyalara ayırmaq sizə daha şüurlu olmağa və müxtəlif tapşırıqlar arasında keçid edərkən vaxtınıza və enerjinizə qənaət etməyə kömək edəcək.

Gündəlik planın zamanla ortaq işləməsinə icazə verin:

müəyyən fəaliyyətlərə müəyyən saatlar ayırın

Gündəlik plan hazırlamaqda üçüncü addımımızda işləyəcəyimiz vaxtları ayıracağıq. Məsələn, 08:00-dan 09:00-a qədər şəxsi qulluq və səhər yeməyi üçün ayırmısınızsa, bu müddət ərzində başqa işlərlə məşğul olmamağa çalışın. Özünüzü yalnız özünüzə qulluq etməyə və ləzzətli səhər yeməyi hazırlamağa həsr edin. Hər andan həzz alın. Ev tapşırığınız üçün daha 2000 söz yazmağa saat 14:00-15:00 arasında vaxt ayırmısınızsa, beyninizi təkcə bu işlə məşğul etməyə çalışın.

Gündəlik plan daim aktiv olmaq deyil:

fasilələrinizi təyin edin

Gündəlik plan qurmaq özünüzü hər zaman məşğul saxlamaq demək deyil. Bir işlə məşğul olarkən daim ayıq olmaq, fərqində olmasaq da, bədənimizi çox yorur. Təyin etdiyiniz hər 30 dəqiqə və ya 45 dəqiqədən bir kiçik fasilələr vermək həm enerji toplamaq, həm də növbəti işə daha motivasiyalı başlamaq üçün növbəti tapşırıq üçün daha səmərəli işləməyə imkan verəcək. Qeyd etdiyimiz müxtəlif vaxt idarəetmə üsullarını sınayaraq, özünüz üçün ən uyğun iş-fasilə balansını qura bilərsiniz. 


Mənbə:ceostudent

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et