Bu gün:

Mifologiyaya görə bürcləriniz hansı tanrıdır?


Qədim Misir mədəniyyətinin inanc strukturu kifayət qədər mistikdir. Ona görə də mifoloji personajların da maraqlı tərəfi var. Misir mifologiyasında tanrıların və ilahələrin bəzi bürcləri təmsil etdiyi düşünülür. Məsələn, Xərçəng Doğum ilahəsidir və Şir Günəş ilahəsidir.


Qoç - ölməzlik tanrısı

Qoç bürcü liderliyi simvollaşdırır və kişi enerjisi ilə əlamətdardır. Misir mifologiyasında o, “Ölümsüzlük tanrısı” kimi simvollaşdırılır. Osiris Qədim Misirdə yeraltı dünyanın hökmdarı, ölməz həyat üçün dirilmə və xeyirxahlıq tanrısıdır.

Buğa - şəfa ilahəsi

Buğa qadın enerjisi əlamətidir. Buna görə də o, mifologiyada “Şəfa ilahəsi” kimi tanınır. Sekhmet müharibə zamanı fironlara rəhbərlik etdiyi və onları qoruduğu güman edilir. O, müharibə və şəfa ilahəsi kimi tanınır.

Əkizlər - nifrət tanrısı

Əkizlər Merkurinin hakimiyyəti altında kişi enerjisi əlamətidir və buna görə də zehni çox işlədir. Mifologiyada onlara “nifrət tanrısı” deyilir. Set Misir mifologiyasında ən çox nifrət edilən tanrıdır. 

Xərçəng - doğuş ilahəsi

Xərçəng analıq və məhsuldarlığı simvolizə edən bürc əlamətidir. Bu səbəbdən mifologiyada onun “Doğum ilahəsi” olduğu deyilir. Hathor doğuş ilahəsidir.

Şir - Günəş ilahəsi

Şir bürcləri Günəş tərəfindən idarə olunur. Bu səbəbdən o, mifologiyada “Günəş ilahəsi” kimi simvollaşdırılır. Günəş Tanrısı Ra  Misir tanrılarının ən güclüsüdür. 

Qız - sevgi ilahəsi

Qız bürcü Misir mifologiyasında qadın enerji əlaməti olduğu üçün "Sevgi ilahəsi" adlanır. Hathor Misir mifologiyasında doğuş, məhsuldarlıq, sevgi və evliliklə əlaqəli ilahədir.

Tərəzi - ədalət ilahəsi

Tərəzi bürcünün simvolu ədalət tərəzisidir. Onun xüsusiyyətləri arasında diplomatik olması da var. Bu səbəbdən onu Misirdə “Ədalət ilahəsi” adlandırırlar. Maat Misirin həqiqət və ədalət ilahəsidir.


Əqrəb - şər və fırtına ilahəsi

Əqrəb 8-ci ev (ölüm) ilə əlaqələndirilir. Qaranlıq tərəfinə görə "Şər və Fırtına ilahəsi" kimi simvollaşdırılır. Babildə o, fırtına ilahəsi kimi tanınan Lilit və küləyin, şəhvətin dağıdıcılığını idarə edən qadın ruhu ilə təmsil oluna bilər.


Oxatan - müharibə tanrısı

Oxatan bürcü deyildikdə ağıla səyahət etmək, görmək, araşdırmaq gəlir. Mifologiyada Oxatan "Müharibə tanrısı" kimi simvollaşdırılır.


Oğlaq - tanrıların tanrısı

Oğlaqlar mifologiyada "tanrıların tanrısıdır". Kişi enerjisi olan bu işarə həmişə çox işləmək və idarə etmək ilə əlaqələndirilir. Zevs yunan mifologiyasında tanrıların və insanların atası kimi tanınır.


Dolça - sənət ilahəsi

Dolça öz xarakterini ancaq sənətkarlıqla göstərə bilir. Misir mifologiyasında "Sənət ilahəsi" kimi təsvir edilən dolça qadın enerjisi əlamətidir. Zəka, sənət və səma ilahəsi kimi tanınır.


Balıqlar - gecə və qaranlıq ilahəsi

Balıqların sirli tərəfi Misir mifologiyasında "Gecə və Qaranlıq ilahəsi" kimi simvollaşdırılır. Balıqlar qadın enerjisi əlamətidir və 12-ci evi (arzuları və şüuraltını) təmsil edir. Mifologiyada gecənin təcəssümüdür.

Mənbə: Onedio 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et