Bu gün:

Misir heroqrifləri


Misir heroqrifləri, piramidaları, Sfinks və mumiyaları Qədim Misir sivilizasiyasının ən maraqlı cəhətlərindən biridir. Yunan dilində "müqəddəs oyma" mənasını verən heroqlif yazısı 5000 ildən çox əvvəl daş divarlara oyma yolu ilə işlənib hazırlanmış və eramızın 4-cü əsrinə qədər istifadə olunmağa davam etmişdir.


Misir heroqlifi nədir?

Misirlilər məbədlərinin, abidələrinin və məqbərələrinin içini heroqlif yazı ilə bəzəyir, yazıları qamışdan hazırlanmış qədim kağız olan papirusa yazırdılar. Yazı üç əsas işarə növündən ibarətdir: sözləri ifadə edən loqoqram, səsləri ifadə edən fonoqram və mənanı aydınlaşdırmağa kömək etmək üçün sözün sonunda qoyulan təyinedicilər. Nəticədə, misirlilərin istifadə etdiyi işarələrin sayı əlifba sistemdəkilərindən xeyli çox idi. Əvvəlcə 1000-dən çox müxtəlif heroqlif var idi, lakin sonralar Orta Krallıq dövründə (e.ə. 2055-1650) təxminən 750-yə endirildi.

Heroqlif yazısında istifadə olunan simvollar insanların, heyvanların və əşyaların kiçik şəkillərinə bənzədiyindən heroqliflərin bu anlayışları ifadə etdiyini güman etmək olar. Bununla belə bəzi heroqliflər, əslində, Roma əlifbasındakı simvollar kimi qədim Misir dilində səsləri ifadə edir. Digərləri ideoqrafik əlamətlərdir. Müəyyən anlayışları təmsil edir, lakin onlarla əlaqəli heç bir səsi olmayan simvollardır. 

Heroqlif yazı yalnız elit qəbirlərə xasdır

Ən qədim heroqlif yazıları Misirin Abydos şəhərində kral qəbirlərində və tarixdən əvvəlki qəbirlərdə tapılıb. Heroqliflər şəkilli olduğundan onların erkən rəsmi sənətlə əlaqəsi danılmazdır. Xüsusilə, kralın kral titulu ilə təyin edilməsi çox böyükdür. Bunlar ilk qədim Misir abidələrində təsadüf edilir. 

Zamanla heroqlif sistemi digər yazı növləri üçün istifadə olunmağa başladı, lakin həmişə elita üçün müstəsna olaraq qaldı. Qeyri-kral adamları da bəzən qəbir və abidələrində heroqliflərdən istifadə edirdilər. Bunun səbəbi daş oyma ustalarının maaşlarını ödəyə biləcək qədər varlı olması idi.


Qədim misirlilər başqa yazı üslublarından da istifadə edirdilər

Heroqlif yazı çox mürəkkəb olduğundan qədim misirlilər daha uyğun yazı növlərini inkişaf etdirdilər. Eynilə papirus və ya əhəngdaşı üzərində qələm və ya fırça ilə ostrakon adlanan iyeratik yazı kimi. Lakin iyeratik yazıdan rəsmi abidələrdə nadir hallarda istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl 800-cü illərdə inkişaf etdirilən başqa bir yazı növü olan demotik yazı ədəbi əsərlər və gündəlik sənədlər üçün istifadə olunurdu.

Heroqlif yazısının bəzi maraqlı tərəfləri

Heroqlif yazıda sözlər arasında boşluq və durğu işarələri yoxdur. Buna görə də oxucular yaxşı qədim Misir qrammatikasına malik olmalı və ayrı-ayrı sözləri, cümlələri, paraqrafları və fəsilləri ayırd etmək üçün mesajın konteksti haqqında nəsə bilməlidirlər. Bundan əlavə, əksər müasir dillərdən fərqli olaraq, heroqliflər mütləq soldan sağa üfüqi oxunmur. Heroqlif soldan sağa və ya sağdan sola, şaquli və üfüqi şəkildə yazıla bilər.

Mənbə: Ungo 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et