
Küçə ləzzətləri bir şəhərin və ya ölkənin mədəni zənginliyini əks etdirən və damaqda unudulmaz dadlar qoyan xüsusi ləzzətlərdir. Küçə ləzzətləri yerli əhali və qonaqlar üçün vazkeçilməz olur və şəhərin xarakterini əks etdirir. Hər küçə ləzzəti özünəməxsus reseptləri və bişirmə texnikası ilə seçilir. Damaqda unudulmaz dadlar qoyan küçə ləzzətlərindən bəzilərini təqdim edirik:
1. Tacos (Meksika):
Meksika mətbəxinin məşhur dadlarından biri olan Taco qarğıdalı və ya buğda çörəyinin içinə doldurulmuş müxtəlif qidalarla hazırlanır. Salsa sousu, kahı, pendir, ət və ya tərəvəz ilə verilir.
2. Banh Mi (Vyetnam)
Vyetnamın məşhur küçə yeməyi olan Banh Mi, Fransız bagetinin içərisində kahı, xiyar, kök, koriander və dilimlənmiş ətlə doldurulur. İsti sous və mayonezlə servis edilir.
3. Pani Puri (Hindistan)
Hindistanın məşhur küçə qəlyanaltılarından biri olan Pani Puri kiçik yastı çörəklərdə kartof, noxud, soğan və ədviyyatlı su ilə verilir. Hər dişləmədə damağa rəng partlayışı yaşadır.
4. Churros (İspaniya):
İspaniyanın məşhur küçə şirniyyatı olan churros qızardılaraq hazırlanan uzun xətlər formasında olan xəmirlərdir. Darçın və şəkərlə süfrəyə verilir, isti şokolad sousu ilə birləşdirildikdə özünəməxsus bir dad verir.
5. Samosa (Hindistan):
Hindistanın qiymətli küçə qəlyanaltılarından biri olan samosa nazik xəmirə kartof, noxud və ədviyyatlı qarışığı dolduraraq qızardılır və ya bişirilir.
6. Arepas (Kolumbiya və Venesuela):
Kolumbiya və Venesuelanın ənənəvi ləzzəti olan arepalar qarğıdalı unundan hazırlanmış və pendir, ət və ya lobya ilə doldurulmuş yuvarlaq çörəklərdir.
Küçə ləzzətləri şəhərlərin ruhunu və mədəni kimliyini əks etdirən xüsusi dadlardır və ziyarətçiləri valeh edir. Bu ləzzətləri araşdırmaq, küçələrinin canlı atmosferini yaşamaq və bu gözəl ləzzətlərdən dadmaq bir şəhərin ən xüsusi təcrübələrindən biridir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Aydan Qasımova
