Bu gün:

Təzə yumurtaları necə müəyyən etmək olar?


Yumurtanın zəngin mineral və qida dəyərləri ilə insan orqanizminə bir çox faydaları var. Yumurta, adətən, soyuducuda saxlanılan qida məhsuludur.  Alındığı kimi soyuducuya qoyulur, sonra bəzən nə zaman alındığı belə unudulur.

Əgər yumurtanı fermerdən almırsınızsa, üzərində son istifadə tarixi yazılacaq. Yumurtalarınızı qablaşdırmada tövsiyə olunan son istifadə müddətindən əvvəlki günə kimi istifadə edə bilərsiniz. Bununla belə, bütün vaxtı keçmiş yumurtalar xarab yumurta deyil.

Yumurtanın təzə olduğuna şübhə edirsinizsə, yumurtanı bir qaba qoyun, sındırın və əvvəlcə iyləyin. Əgər qoxusu yoxdursa təzədir, amma kəskin qoxu verirsə, yemək olmaz.

Boşqabda sındırdığınız yumurtanın ağından da anlaya bilərsiniz. Yumurtanın ağı qarışıq və sulu olarsa, yumurtanız çox təzə olmaya bilər.  

Anlaya biləcəyiniz son üsul işıq sınağıdır. Qaranlıq otaqda yumurtanın üzərinə işıq yandırıb sağa-sola çevirərək yumurtanın içini görə bilərsiniz. Ancaq bu üsul yumurtanın təzəliyini ölçmək üçün daha çox peşəkarlıq tələb edir. Bunun əvəzinə, başqa üsullar seçə bilərsiniz.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et