Bir gün lazım olar deyə düşünüb atmaq istəmədiyiniz çoxlu əşyalarınız ola bilər. Amma əmin olun ki, onların bir çoxu sizə lazım olmayacaq.
Qəbzlər
Xərclərinizi qeyd etmək çox yaxşı bir vərdişdir. Lakin qəbz yığınlarını saxlamaq yaxşı yol deyil. Qəbzlərinizi saxlamaq istəyirsinizsə, rəqəmsal qəbzlərdən istifadə edə bilərsiniz. Demək olar ki, çox insan nağd pul istifadə etmir. Buna görə də qəbzlərə ehtiyac yoxdur. Bütün bank proqramları bizim xərclərimizi qeyd edir. Əgər nağd puldan istifadə edərək böyük alış-veriş edirsinizsə, qəbzin şəklini çəkin. Foto heç yerə getməyəcək və bir şeyi geri qaytarmaq lazım olduqda onu asanlıqla mağazada göstərə bilərsiniz.
Tayı itmiş sırğalar

Tayını itirdiyiniz sırğa ilə nə edə bilərsiniz? Adətən heç nə... Onda bunu saxlamağın heç bir mənası yoxdur. İnsanların bir zinət əşyasını atmaqda çətinlik çəkməsinin səbəbi adətən kiminsə xatirəsini xatırlatmasıdır. Əgər vəziyyət belədirsə onu əridib yeni bir şeyə çevirə biləcək bir mütəxəssis tapa bilərsiniz.
Artıq istifadə olunmayan əşyalar

Son 20-30 ildə texnologiya sürətlə inkişaf edib. VHS lentləri, disketlər, CD və DVD-lər artıq keçmişdə qalıb. Bəli, bəlkə bunlar kolleksiyaya çevrilib və onlardan qurtulmaq o qədər də asan deyil. Ancaq düşünün, indi onların işi tozlu rəflərdə oturmaqdır. Fayllarınızı rəqəmsal mediaya köçürün və onlardan xilas olun.
Pis görünən yataq dəstləri
Yorucu bir günün ardından özünüzü təmiz və gözəl çarşaflı çarpayıya atmaq kimi gözəl bir şey yoxdur. Əgər siz hələ də çox köhnə çarşaflar istifadə edirsinizsə, onlar bərkimiş teksturaya malik olacaq və əvvəlki kimi təmiz qoxusu olmayacaq.
Köhnə çarşaflarınız üçün təkrar emal variantını nəzərdən keçirin. Böyük mağazalar tez-tez təkrar emal üçün köhnə tekstil məhsulları götürürlər. Şəhərinizdə belə yerlərin olub olmadığını öyrənməyə çalışın. Əgər tapa bilmirsinizsə, narahat olmayın, köhnə çarşaflarınızdan da toz bezi hazırlaya bilərsiniz.
Ehtiyacınız olmayan hədiyyələr

Soyuducu maqnitləri, qəribə görünüşlü vaza, öskürək yaradan ətir - bunların heç birini istifadə etməyə bilərsiniz. Ancaq bu hədiyyələri atmağın günah olduğunu düşünüb yəqini özünü pis hiss edirsən.
Bu zaman onları sata və ya ehtiyacı olan birinə verə bilərsən. Yeni sahiblər tapa bilmirsinizsə, peşman olmadan onları atın.
Stolüstü oyunlar və ya itən parçaları olan pazllar
Bəzi fiqurlar yoxdursa, siz şahmat, dama və ya hər hansı stolüstü oyun oynaya bilməzsiniz. Bir zar, kart və ya şahmat parçasını itirsəniz, bütün doyun yararsız olur. Oyunlar gizlənmək üçün deyil, oynanmaq üçün var. Bir hissəsi olmayan oyunları atmaqdan çekinmeyin.

Çoxdan məşğul olmadığınız hobbilər

Öyrənməyə başladığınız, lakin sonradan sizin üçün uyğun olmadığına qərar verdiyiniz bir çox hobbiniz ola bilər. Amma artıq bu hobbilərlə məşğul deyilsinizsə, əşyalarını da saxlamağa ehtiyac yoxdur. Qəbul edin ki, bir daha bu hobbi ilə məşğul olmayacaqsınız və əşyaları bunu etmək istəyən başqasına verin və ya satın. Sizin üçün uyğun olmayan bir şey başqası üçün faydalı ola bilər.
İstifadə etmədiyiniz qeyd dəftərləri

Gözəl dəftərləri kim sevməz? Əslində, biz özümüzə bir çox məqsədlər üçün dəftər alırıq : resept, pəhriz, dərs, günlük kimi. İlk bir neçə gündə hər şeyi yazırıq sonra isə onları illər əvvəl eyni niyyətlə aldığımız, lakin o vaxtdan bəri istifadə etmədiyiniz digər dəftərlərin yanına qoyuruq. Bu o deməkdir ki, bütün dəftərlər demək olar ki, boşdur. Evinizdə bu qədər dəftərin boş olması əvəzinə onları ehtiyacı olan birinə vermək və ya təkrar emala vermək daha məntiqlidir.
Tel asılqanlar

Qalın teldən olan asılqanlar çox praktik deyil. Paltarınızın iplərini asaraq zədələyə bilərlər. Həmçinin paltar uzun müddət məftil asılqandan asılırsa, o, deformasiyaya uğraya bilər. Asılqan paltarınızın formasını dəyişməmək üçün çiyinləriniz şəklində olmalıdır. Ən yaxşı seçim ağacdan hazırlanmış asılqandır.
Boş gül qabları

Evinizdə bir gün yeni bir çiçək əkmək fikri ilə illərlə boş saxladığınız qablar varsa, onları düşünmədən atın. Əgər uzun illər bir şey istifadə etməmisinizsə, onu evinizdə saxlamağın mənası yoxdur.
Köhnə enerji cihazları

Artıq istifadə etmədiyiniz köhnə elektron mallarınızın enerji kabelləri heç kimə xeyir gətirməyəcək. Evinizdə boş yer tutmamaları üçün onları atmalısınız.
Tullantı tikinti materialları

Evinizi təmir etdikdən sonra bir az boya və ya divar kağızı qala bilər. Və nəyisə düzəltməli olduğunuz halda onları saxlamaq istəyə bilərsiniz. Qəbul edin ki, bu qalıq materialları bir daha heç vaxt istifadə etməyəcəksiniz və onları atacaqsınız.
İstifadə etmədiyiniz məişət texnikası

Evinizdə hələ də atmadığınız yeni fen və ya tosteriniz varmı? Yoxsa aldıqdan sonra yalnız bir dəfə istifadə etdiyiniz və kənarda oturan toster? Bəli, işlək əşyaları atmaq çox təəssüf doğurur, amma onlardan istifadə etmirsinizsə, onları evinizdə saxlamağın mənası yoxdur. Bu əşyaları ehtiyacı olan birinə verə və ya onlayn sata bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
