Çərpələngi hazırlamaq üçün lazım olan ləvazimatlar:

Qəzet və ya böyük bir kağız parçası, 2 yumru taxta çubuq, qayçı, qələm, ip və ya lentlər, yapışqan, xətkeş, kiçik əl mişarı
1. Taxta çubuqlarınızı düzgün uzunluqlara (60 sm və 50 sm) kəsməklə başlayın.
2. İki taxta çubuğun hər iki ucunu mişarla kəsin.

3. Çubuqlarınızı yerləşdirin və onları iplə bağlayın.
4. Sabitlədiyiniz çubuqları daha möhkəm etmək üçün ipləri yapışdırın.
5. Çərpələngin ətrafındakı ipi mişarla kəsdiyiniz yerdən keçirin.
6. Çərçivəniz bitdikdən sonra qəzetinizi əlavə etməyin vaxtı gəldi. Plastik zibil torbasından da istifadə edə bilərsiniz.
Yerə böyük bir qəzet vərəqi qoyun. Çərçivənizi üzərinə yerləşdirin. Qəzetinizi eyni şəkildə kəsin, çərçivənin kənarından təxminən 2 sm kəsin.
7. Qəzetin kənarlarını ipin üzərinə qatlayın və möhkəm yapışdırın.
8. 60 sm uzunluğunda ipi kəsin. Çərpələngin yuxarı və aşağı hissəsində boşluqlar açın. İpin bir ucunu yuxarı boşluqdan, bir ucunu isə aşağı boşluqdan bağlayın. Onu yaxşı bağlamaq üçün lentdən istifadə edin. Çərpələng uçurmaq üçün bu ipə bağlanacaq lenti də bağlayın.
Mənbə: Evim dergisi
Tərcümə etdi: Nuran Əhmədzadə
