Bu gün:

Soyuducunu necə səliqəli saxlamaq olar?


Soyuducunuzu təmiz və səliqəli saxlamaq təkcə əhvalımızı yaxşılaşdırmır. Həm də yeməkləri daha uzun müddət saxlamağa kömək edir.

Soyuducunu səliqəyə salmaq üçün müxtəlif variantlar var.

Rəflərə böyük saxlama qabları qoyun

Sadəcə bir neçə böyük, plastik saxlama qabını götürün, onları etiketləyin və səliqəli soyuducudan həzz alın.

Qablaşdırılmış qida və şüşə içkilər üçün "clips" istifadə edin

Beləliklə, bir daşla iki quş vura bilərsiniz: həm qida paketlərini bağlı saxlaya, həm də soyuducunuzun ölü yerini qiymətləndirə bilərsiniz.

Sos şüşələri üçün yumurta qutularından istifadə edin

Soyuducunuzdakı rəflər hər cür sous şüşələri ilə doludur? Əgər belədirsə, yumurta qutusundan istifadə etməklə bu problemdən qaça bilərsiniz.

Mövsümi göyərtiləri bankalarda saxlayın

Göyərtiləri bankaya yığmaq salatlarınızın uzun müddət təzə qalmasına kömək edəcək. Bu taktika ilə soyuducunuz daha səliqəli olacaq.

Soyuducunuzu zərərli kimyəvi maddələr olmadan təmizləyin

Limon və rozmarin ilə hazırlayacağınız məhlul soyuducunuza təzə və təravətli hava verəcək.

Qəlyanaltı zonasını hazırlayın

Qəlyanaltılarınız üçün ayrıca qutu və ya səbət hazırlayaraq soyuducuda yemək axtarmaqdan çəkinin.

Dondurucuda çoxməqsədli qutulardan istifadə edin

Dondurucunuza çoxməqsədli qutular qoyaraq dağınıqlıqdan xilas olun.

Soyuducu qapısının hər bir rəfini etiketləyin

Qapıdakı rəflərin hər birini etiketləyin və ailəniz üçün qarışıqlığın qarşısını alın.

Birinci yeyilməli qidalar üçün xüsusi bir sahə hazırlayın

Qida israfına “yox” deyin. Tez yeyilməsi lazım olan yeməkləri xüsusi qutuya qoyun və üzərinə etiket yapışdırın.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş