
Tətildən sonra özünü yenilənmiş hiss etmək istəyənlər üçün 6 addımlı detoks təklifimiz var...
1. Bədəninizi nəmləndirin
Çox güman ki, tətildə çoxlu fəaliyyət göstərmisiniz. Aktiv hərəkətlər çoxlu maye itkisi ilə nəticələnir. Susuz qaldığınız zaman bədəniniz özünü yorğun hiss edir. Qida maddələrini həzm edə bilmir. Bədənə dəyən ziyanı düzəltmək üçün bol maye içmək lazımdır. Tək başına su içməkdə çətinlik çəkirsinizsə, içinə limon dilimləri və digər meyvə parçaları qata bilərdiniz. Belə variantların yerinə hazır meyvə şirələrini seçməyin. Onlar şəkərlə zəngindirlər və çox içsəniz, çəki artımına səbəb ola bilərlər. Həddindən artıq şirə içmək bədəninizin digər mənbələrdən ehtiyac duyduğu əsas mikroelementlərdən məhrum edir.
2. Tər
Tər bədəninizi detoks etməyin ən yaxşı yollarından biridir. Bədəninizin toksinlərdən qurtulmasına kömək edir. Siz tərlədiyiniz zaman toksinlər tər kimi məsamələrinizdən atılır. Bədəninizi hərəkət etdirməyin və tərləmənin ən yaxşı yollarından biri güc məşqləridir. Bu məşqlər kalori yandırmağa və əzələlərinizi gücləndirməyə kömək edən ağırlıqların qaldırılmasını əhatə edir. Bədəninizdə qan axını artıran yaxşı kardio məşqindən zövq almaq üçün idman zalına da gedə bilərsiniz. Yoqa, pilates və sınaya biləcəyiniz digər məşq növləri də elastikliyinizi və balansınızı yaxşılaşdırır.
3. Yuxunuza fikir verin
Yuxunun sağlamlığının çox vacib olduğu artıq sirr deyil. Kifayət qədər və ya keyfiyyətli yuxu almadığınız zaman stress səviyyələriniz və hormonlarınız təsirlənir. Buna görə də yemək və məşq tərziniz bundan təsirlənir. Yuxu iştahla bağlı hormonları tənzimlədiyi üçün çəkinizi idarə etməyə kömək edir. İmmunitet sisteminizi də dəstəkləyir. İdeal olaraq hamımız hər gecə yeddi-doqquz saat yatmalıyıq.
4. Psixi sağlamlığınıza diqqət yetirin
Narahatlığa səbəb olan şeylər görsəniz, bacardığınız qədər yavaş-yavaş beşdən birə qədər sayın. Təsəlliverici bir şey düşünün. Təhlükəsiz, sakit və rahat olduğunuzu unutmayın.
5. Daha çox meyvə və tərəvəz yeməyə çalışın
Bitki mənşəli yeməklərdə təcrübəsizsinizsə, uyğun reseptləri axtarıb tapa bilərsiniz. Mədə və bədən üçün faydalı olacaq bitki əsaslı qidalanma bədəninizin rahatlamasına kömək edəcək. Sağlam qidaları artırmağa çalışmaq sizin üçün faydalıdır.
6. Çöldə yeməyə ara verin
Əksər restoranlar sizə yüksək yağ və kalorili yeməklər təklif edir. Buna görə də evdə yemək hazırlamaq daha yaxşı seçimdir. Çünki bütün inqrediyentləri özünüz seçirsiniz. Mövsümi reseptlər seçərək sağlam məhsullardan istifadə edə bilərsiniz. Yeməklərin yağ və duzuna diqqət yetirmək sizin üçün daha asan olacaq.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
