
Bu yaxınlarda aparılan bir araşdırma oğlan uşaqlarını böyütməyin beyin yaşını sürətləndirdiyini göstərib.
Bir oğlan uşağının anasından valideynliyin necə getdiyini soruşsanız, o,böyük ehtimal ki, bunun çox çətin olduğunu söyləyəcək. Araşdırmada yaşı 50-dən yuxarı olan 13 mindən çox valideyn müşahidə edilib. Araşdırmaçılar müəyyən edib ki, ən azı bir oğlu olan valideynlərin idrakən daha sürətli qocalırlar. Birdən çox oğlu olanlar idrak qabiliyyətini qızı olanlara nisbətən daha tez itiriblər. Tədqiqat ABŞ və Çexiyadan olan tədqiqatçılar tərəfindən aparılıb. Tədqiqat kişi valideynlərin daha tez qocalmasını göstərib, çünki oğlanlar qızlara nisbətən ətrafdakılarla daha az maraqlanırlar. Bu da valideynlərinin daha pis psixi sağlamlığı ilə də əlaqəli ola bilər. Tədqiqat valideynlərə riyaziyyat problemlərini həll etməsi və onlara söz siyahısını oxutdurması ilə başlayıb. Nyu Yorkdakı Kolumbiya Universitetinin tədqiqatçısı Katrina Volfova qeyd edir ki: “Ən azı bir oğlu olan valideynlər övladı olmayan valideynlərlə müqayisədə daha sürətli idrak geriləmə dərəcəsinə malikdirlər”. Tədqiqatın nəticəsi göstərir ki, analarda olduğu qədər atalarda da oxşar əlamətlər araşdırdığımız üçün təsirlər bioloji deyil, sosial xarakter daşıyır. Bundan əlavə, tədqiqatçılar qızların oğlanlara nisbətən valideynlərinə daha çox emosional və sosial dəstək verməyə meyilli olduqlarını və valideynlərinin emosiyalarını daha çox başa düşdüyünü iddia edirlər. Nəticə etibarı ilə tədqiqatçılar düşünürlər ki, qız övlad sahibi olmaq sağlamlığa müsbət təsir göstərir və depressiya riskini azaldır. Bu, valideynlərdə demensiya riskinin azalmasına kömək edə bilər.
Mənbə: Haber türk
Tərcümə etdi: Lalə Mənəfova
