Rembrandt Holland rəssamlığının Qızıl dövrünün ən vacib rəssamlarından biridir. Dövrünün bir çox sənətkarından fərqli olaraq Rembrandt heç vaxt böyük ustaların əsərlərini görmək üçün İtaliyaya getməmişdir. Beləliklə, “işıq və kölgə sənətçisi” olaraq da bilinən Rembrandt kimdir?

Rembrandt Harmenzun van Rijn bütün zamanların ən böyük sənətkarlarından biridir. Hollandiyalı rəssam və Borokko rəssamı Rembrandt tarixin ən vacib hekayəçilərindən biridir. Həyatı boyu çəkdiyi bir çox avtoportretlər bizə əyani tərcümeyi-hal verdi.
Həyatı

Rembrandt Harmens van Rijn 15 iyul 1606-cı ildə Hollandiyanın Leiden şəhərində anadan olub. Doqquz uşaqdan ibarət varlı bir ailənin oğlu idi. Atası dəyirmançı, anası çörəkçinin qızı idi. Latın məktəbində təhsil almağa başlayan Rembrandt Leiden Universitetinə daxil oldu və rəssamlıqla maraqlandı. Leiden tarixi rəssamı Ceikob van Svanenburq ilə marağını çəkməyi bacardı. Rembrandt daha sonra ona rəsm, ağac kəsmənin əsaslarını öyrədən Ceikob Svanenburq üçün üç il şagirdlik etdi.
Rembrandt 1624 və ya 1625-ci ildə dostu və universitet həmkarı Jan Livens ilə bölüşdüyü bir studiya açdı. 1629-cu ildə dövlət xadimi və şair Konstantin Huygens Rembrantı kəşf etdi və 1646-cı ilə qədər rəsmlərini satın aldı. Huygens ömrünün çox hissəsini Oran şahzadələrinə xidmət edən görkəmli bir Hollandiyalı idi. Bu, Rembrandtın rəssam kimi uğurlu peşəkar karyerasının başlanğıcı idi və 1831-ci ildə genişlənən işini paytaxt Amsterdama köçürdü. Rembrandt şagirdlərini qəbul etməyə başladı və rəssamlar Gildiyasına qəbul edildi.
“Samsonun korluğu” (1636) və “Danae” (1636) kimi yüksək kontrastlı işıq və qaranlıq metodundan istifadə edərək dramatik geniş miqyaslı İncil və mifoloji səhnələr çəkməyə başladı. Uilenburq mağazasındakı müxtəlif köməkçilərin köməyi ilə Amsterdamda bir çox portret də çəkdi.
Şöhrətinin və sərvətinin zirvəsində Rembrandt yəhudi məhəlləsində təsirli dərəcədə böyük və bahalı bir ev aldı. Ev ipotekayla alınmışdı. 1650-ci illərdə Hollandiya ciddi iqtisadi çöküş yaşadı və Rembrandt da ipoteka ödəmələrini ödəyə bilmədi. 1656-cı ildə Rembrandt özü iflas etdiyini elan etdi.
Evliliyi və uşaqları

Saskia Van Eilenburq ilə tanış oldu və evləndi. O, Rembrandtın gəlirinə töhfə verdi. Rembrandt ailə həyatında çox bədbəxtliklər yaşadı. Dörd övladından üçü erkən-körpəlikdə, həyat yoldaşı Saskia isə 1641-ci ild hələ 30 yaşında ikən öldü. Sonrakı illərdə Rembrandt evinə ev qulluqçusu kimi götürdüyü Hendrikkier Stoffels ilə münasibət qurdu. Cütlük evli deyildi, amma evli kimi yaşayırdı. 1654-cü ildə Korneliya adlı bir qızı oldu.

Ölümü
Rembrandtın rəsmləri, ümumiyyətlə, milyonlarla dollara satılsa da, 4 oktyabr 1669-cu ildə Amsterdamda qəpiksiz ölür. Vesterkerkdəki naməlum bir məzarda dəfn olunur.
Mənbə: Onedio
Tərcümə etdi: Aysu Əsədova
