
Dilimizə fars dilindən keçmiş portağal sözü “narıncı” sözündən törəmişdir. Payız və qış aylarında tez-tez qəbul edilən portağal, naringi və qreypfrut sitrus ailəsinə aiddir. Portağal sözü sitrus meyvələri kimi tanınan bu meyvələrin rəngindən ilhamlanıb. Narıncı sarı və qırmızının qarışığından ibarətdir. Narıncı Van Qoq və Pol Sezann kimi impressionist rəssamların rəsmlərində ən çox istifadə etdiyi rənglərdən biridir. Müsbət rəng olan narıncı macəraçı və ekstrovert insanlara müraciət edir. Bu rəngin 100-ə yaxın çaları var. Narıncı rəng psixologiyada canlılığı, həyəcanı və ümidi təmsil edir. Qətiyyətlilik, əzmkarlıq və nikbinlik narıncı rənglə eyniləşdirilən insanların ortaq xüsusiyyətlərindəndir. Narıncı bütün mənfiliklərə baxmayaraq heç vaxt qorxmamağın və hədəflərə çatmaq üçün eyni əzmlə mübarizə aparmağın simvoludur. Bu rəng həm də cəsarət deməkdir.
Mənbə:Hürriyet
Tərcümə etdi:Sayad Qoşnalıyeva
