Bu gün:

Çiçəkləri necə sulamaq lazımdır?


Çiçəklərin canlılığını uzun müddət saxlamaq üçün yetişdirəcəyiniz gülləri düzgün sulamaq lazımdır. Evlərin eyvanlarını, bağçalarını bəzəyən güllərə qulluq edərkən diqqət etməli olduğumuz bəzi detallar var. Xüsusilə, çiçəklərə qulluq edərkən torpağın keyfiyyəti və suyun keyfiyyəti çox vacibdir. Bitki yetişdirərkən ən çox yayılmış səhvlərdən biri səhv suvarmadır. Saxsılarda çiçək yetişdirərkən mineral torpaqlar yerinə torf torpaqlarına üstünlük verilməlidir. Çiçək yetişdirərkən kifayət qədər və vaxtında su verilmədikdə bəzən bitki solmağa başlayır, böyüməsi ləngiyir. Digər tərəfdən, yetişdirdiyiniz çiçəyə çox su verdiyiniz zaman yeni açan tumurcuqlar daha böyük, lakin tərkibində çox su olduğu üçün daha yumşaq olacaq və bitki gözləniləndən daha uzun olacaq. Onu suladığınız su çiçəklərinizin ömrünü uzatmaq üçün çox vacibdir. Bitkinin suya nə vaxt ehtiyacı olduğunu müəyyən etmək və onu uyğun şəkildə vermək lazımdır. Çiçəklərin nə vaxt sulanacağını müəyyən edə bilən bəzi alətlər (tensiometr) istifadə edilə bilər. Qazanda əkdiyiniz çiçəyi yetişdirərkən kök hissəsi yaxşıca suvarılmalı və təxminən 300 ml su ilə suvarılmalıdır. Verilən suyun miqdarı və tezliyi qazanın ölçüsünə, qazanın rənginə, kök mühitinə və ətraf mühit şəraitinə görə dəyişə bilər. Ən vacib amillərdən biri çiçəyin yetişdirildiyi hava şəraitidir. Ümumiyyətlə, ev şəraitində yetişdirilən çiçəklər yayda isti havalarda daha çox suya ehtiyac duyur. Qışda havalar soyuduqca daha az suya ehtiyac duyurlar. 

Mənbə:Yasemin

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et