Bu gün:

Çiçək necə əkmək olar?



Çiçəklər insanlar üçün heyvanlar qədər faydalı olan və dünyanın nizamını qorumağa kömək edən canlılar sırasındadır. Çiçəklər, sadəcə, bir görüntü kimi görünsə də, həm təbii tarazlıq, həm də mənəvi baxımdan böyük faydalar verir. Çiçəklər təkcə çölü deyil, evlərimizi də gözəlləşdirir. Bir çox insanlar vaxtlarını keçirmək üçün müxtəlif hobbilərlə məşğul olurlar. Ən gözəl hobbilərdən biri gözəl çiçəklər yetişdirməkdir. Keçmişdə valideynlərinizin və ya ağsaqqallarınızın çiçəkləri ilə danışdığına rast gələ bilərsiniz. Bunun ən böyük səbəbi sevgimizə cavab olaraq çiçəklərin daha çox böyüməsi və çiçəkləməsidir. Bu möcüzəli və gözəl görünüşlü canlıları böyütmək sadə, lakin səbirli bir işdir. 

Çiçək əkmək üçün bu addımları izləyin:

İlk olaraq əkəcəyiniz çiçəyin ölçüsünə və növünə görə təyin etdiyiniz ölçüdə bir qab alın. Qazanın dibinin deşik olduğundan əmin olun. Qazanın dibi deşik deyilsə, müəyyən yerlərdə mismarlarla deşiklər açmaq olar. Qazanın dibində bir deşik olması çiçəyi həddindən artıq suladığınız zaman çuxurlardan suyun çıxmasını təmin edərək çiçəyin köklərinin çürüməsinin qarşısını alır. Sonra çiçək qabınızın dibinə çınqıllar qoyun. Bu proses əvəzolunmaz deyil. Bununla belə çınqıllar çiçəyinizin köklərinin nəfəs almasına imkan versə də suyun drenaj prosesini də asanlaşdırır. Sonra çınqılların üzərinə bir az torpaq qoyun və çiçəyinizin kökünü şaquli olaraq qoyduğunuz torpağın ortasına qoyun. Sonra bir əlinizlə çiçəyi tutarkən, digər əlinizlə qalan torpağı tökün. Tökdüyünüz torpağı çiçəyin ətrafına bərabər şəkildə yayın və köklərə zərər verməmək üçün torpağa basdırın. Bu asan addımlarla çiçəyinizi əkə bilərsiniz. Burada diqqət etməli olduğunuz məqamlar qazanın drenaj deşikləri və torpağın keyfiyyətidir. Çiçəyinizin sağlam böyüməsini istəyirsinizsə, torpaq seçimində çiçək növünə uyğun keyfiyyətli torpaq seçməyə diqqət edin.

Mənbə:Onedio

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et