Bu gün:

Diş pastasının üzərindəki rənglər nə məna verir?


İnternetdə yayılan məlumata görə diş pastası borusunun üzərindəki rənglər diş pastasının tərkibi haqqında məlumat verir. Bəs, görəsən, bu məlumat doğrudurmu? Diş pastası borusundakı rənglər nə deməkdir?

Diş sağlamlığı hər kəs üçün vacibdir. Buna görə də ağız sağlamlığınız üçün bu qədər çox diş pastası variantına rast gəlməyimiz təəccüblü deyil. Diş pastası seçərkən insanların çoxu tərkibinə, son istifadə tarixinə, sağlamlığa faydalarına və bəzən dadına fikir verir. Ağardıcı, diş çürüməsinin qarşısını alan, təravətli nəfəs kimi ifadələr diş pastasında gördüyümüz ümumi ifadələrdir.

Diş pastası borularının dibində rəngli çubuq var. Bəziləri bu çubuğun rənginin diş pastasının tərkibi haqqında çox şey söylədiyini iddia edir. İnternetdə dolaşan bu rəng kodları ilə bağlı iddia tamamilə yanlışdır. Diş pastası borusunun üstündəki bu rəng məzmunu ilə bağlı heç nə demir. Bu məlumatı diş pastanı alan zaman istifadə etməməlisiniz. Bəs bu rəngli kodlar, əslində, nə deməkdir?

Aşağıda kiçik rəngli kvadrat var. Bu rənglər, istər qara, istər mavi, istər qırmızı, istərsə də yaşıl, "guya" diş pastasının içindəkilər haqqında məlumat verir

Yaşıl: Tamamilə təbii

Mavi: Təbii və dərman

Qırmızı: Təbii və kimyəvi

Qara: Təmiz kimyəvi

Rəngli düzbucaqlının,, əslində, diş pastasının tərkibi ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə istehsal prosesi zamanı qoyulmuş bir işarədir. İşarələr maşınlara paketin harada kəsilməli, qatlanmalı və ya bağlanmalı olduğunu bildirən işıq şüası sensorları tərəfindən oxunur.Bu işarələr bir çox rəngdə ola bilər.Yaşıl, mavi, qırmızı və qara ilə məhdudlaşmır. Müxtəlif qablaşdırma tiplərində və ya fərqli sensor və maşınlarda müxtəlif rənglər istifadə olunur. Başqa sözlə, bütün rənglər eyni şeyi ifadə edir.

Əgər, həqiqətən, diş pastanızın içində nə olduğunu bilmək istəyirsinizsə, diş pastası qutusunun üzərindəki maddələri oxumalısınız. Diş pastasında hansı maddələr var?

Diş pastalarının əksəriyyətində aşağıdakı maddələr var:

Diş pastasının açıldıqdan sonra sərtləşməsinin qarşısını alan nəmləndirici maddələr, məsələn: qliserin, ksilitol sorbitol

Qida qalıqlarını təmizləmək və dişləri cilalamaq üçün bərk abrazivlər, məsələn: kalsium karbonat, ipək

Diş pastasını sabitləşdirmək, ayrılmanın qarşısını almaq üçün bağlayıcı material və ya qalınlaşdırıcı maddə, məsələn: karboksimetil selüloz, karagenlər, ksantan saqqızı

Dadmaq üçün dadlandırıcı, məsələn: sodyum sakarin, asesulfam K

Diş pastasının köpüklənməsinə və ətirli maddələrin emulsiyalaşmasına kömək edən aktiv tərkib hissəsi: natrium lauril sulfat, natrium N-lauroyl sarkosinat

Flüor mina gücləndirmək və boşluqların qarşısını almaq qabiliyyəti ilə tanınan təbii bir mineraldır. Flüorid natrium flüorid, natrium monofluorofosfat və ya qalıq ftorid kimi siyahıya alına bilər.

Diş pastalarının növləri

Bu maddələrlə yanaşı, bəzi diş pastaları fərqli xüsusiyyətlərə malikdir və xüsusi maddələr ehtiva edir.

Ağardıcı diş pastası ləkəni çıxarmaq və ağardıcı təsir göstərmək üçün kalsium peroksid və ya hidrogen peroksid ehtiva edir.

Həssas dişlər üçün diş pastası kalium nitrat və ya stronsium xlorid kimi desensibilləşdirici maddə ehtiva edir. Bir qurtum isti qəhvə və ya bir parça dondurma içmisinizsə və kəskin ağrı hiss edirsinizsə, bu növ diş pastası sizin üçün uyğun ola bilər.

Uşaqlar üçün diş pastası

Uşaq diş pastalarının təsadüfən qəbulu riski səbəbindən böyüklər üçün nəzərdə tutulan  heç bir ftor ehtiva etmir. Həddindən artıq flüor diş minasına zərər verə bilər və diş florozuna səbəb ola bilər.

"Siqaret çəkənlər" üçün diş pastalarında siqaretin yaratdığı ləkələri çıxarmaq üçün daha güclü aşındırıcı maddələr var.

Florid ağız sağlamlığı üçün əhəmiyyətli sübutlara baxmayaraq, bəzi alıcılar floridsiz diş pastalarına üstünlük verirlər. Bu növ diş pastası dişlərinizi təmizləməyə kömək edir, lakin florid diş pastaları ilə müqayisədə dişlərinizi çürümədən qorumur. 

Bir çox markalar ftorid və natrium lauril sulfatdan qaçan təbii və bitki mənşəli diş pastaları istehsal edir. Tərkibində çörək soda, aloe, aktivləşdirilmiş kömür, efir yağları və bir çox bitki ekstraktları var.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş