
Kəpənəklər gözoxşayan canlılardır. Onlar parklar, meşələri gözəlləşdirir və təbiətə əlvanlıq qatır. Kəpənəklər təbiətə yalnız əsrarəngiz gözəllik bəxş etmir. Kəpənəklərin flora aləmində rolu əvəzolunmazdır və onlar çiçəklərin tozcuqlarını bitkidən-bitkiyə daşıyaraq yeni toxumların yaranmasında əsas rol oynayır. Kəpənəklər haqqında inanılmaz faktlar aşağıdakılardır:
1. Tırtıllar yalnız tut yarpaqlarını yeyirlər. Onun üç cüt gözü və iki-beş cüt qarın ayağı var. Tırtılın yaşadığı pupanın rəngi yaşıl və qəhvəyi tonlarda olur. İki həftəlik pupa dövrünün son günlərində qabıq şəffaf olur.

2. "Kəpənəklərin bir günlük ömrü var" iddiası doğru deyil. Bir neçə gündən bir neçə aya, hətta bir neçə ilə qədər yaşaya bilən kəpənək növləri var.

3. Ultrabənövşəyi işığı görə bilən kəpənəklər qanadlarında bizim görə bilmədiyimiz UV naxışlarını da görə bilirlər.

4. Erkək və dişi kəpənəklərin müxtəlif qoxuları var. Dişilər ya qoxusuz, ya da pis qoxuya malikdirlər, beləliklə, quşların ovundan qaçırlar.
5. Dünyada 150.000-dən çox kəpənək növü məlumdur. Türkiyədə 380 kəpənək növünün yaşadığı və bəzilərinin endemik olduğu məlumdur.

6. Kəpənəklər arasında monarx kəpənəkləri kimi 5000 kilometr köç edənlər də var, heç uzaq məsafə qət etməyən növləri də var.

7. Kəpənəyin ağzı yoxdur. Onların iki xortuma bənzər üzvləri var və onlarla qidalanırlar. Ayaqlarında dad hissi olan kəpənəklərin qidası nektardır.

Mənbə: kültüryaşam
Tərcümə etdi: Tərlanə Abdullayeva
