Bu gün:

Ən narsist 3 bürc


Tanınmış astroloq Reda Uiql deyir ki, bürc çarxının bütün hissələrində narsissizm özünü göstərir, lakin bəzi əlamətlər var ki, onlar həmişə “əhəmiyyət piramidasında” birinci yerdə olurlar.  

Şir bürcü

Şir bürcü Yerin ətrafında fırlandığı Günəş tərəfindən idarə olunur və şirlər çox vaxt bu faktı öz əhəmiyyətlərinin məcazi sübutu kimi qəbul edirlər.

Şir bürcünün özünəməxsus inamı, həm özümüzü sevmə, həm də başqalarının sevgisinə layiq olduğumuza inanmağa imkan verir.

Texniki terminlə və  psixoloq Dr. Kristi K. Phillipsin sözləri ilə desək: “Sağlam mənlik imicinə malik şəxslər, yüksək özünə hörmət ilə qarşılıqlı münasibətlər dinamikasını sosial yönümlü davranışlarla tarazlaşdırırlar”.

Şir narsistlərə misal olaraq Napoleon Bonapart və texnoloji milyarder Larri Ellisonu göstərmək olar. 

Oğlaq bürcü

Oğlaq bürcü mübarizə aparan Saturn tərəfindən idarə olunur və ümumiyyətlə, bu bürc mükəmməlliyə və davamlı yüksəlişə açıqdır.

Zirvəyə qalxmağın asan olmadığını bilirlər, lakin eyni zamanda çalışaraq istədikləri hər şeyi əldə edirlər .

Oğlaqlar hədəf yönümlüdürlər və tamamilə özünə fokuslanma, empatiya çatışmazlığı  və hər şeyi etmək kimi xüsusiyyətlərə malikdirlər. Məşhur oğlaqlar arasında Riçard Nikson və Tiger Vuds yer tutur.

Dolça bürcü

Dolçalar  özlərini  qiymətləndirməyi çox sevirlər.  

Dolçalar obyektivliyi və mütərəqqi ideyaları ilə qiymətləndirilir və onlar emosiyalardan çox uzaqdırlar. Lakin yadda saxlamaq lazımdır ki, emosiyadan uzaq olmaq həmişə müsbət xüsusiyyət demək deyil. Əksinə bu empatiya qura bilməməyi təmsil edir.

Keçmiş prezident Franklin D. Ruzvelt: “Mən bir dolça bürcüyəm. Bəli, üstün olduğumuza inanıram”.

Dolça mütləq orijinaldır və bu yaxşı bir şeydir. Onlar xüsusidir, lakin üstün deyillər.  

Mənbə: Haber global 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et