Dietoloq Buket Ertaş Sefer yay aylarında tərləmə və su itkisi ilə maye ehtiyacının artdığını bildirib. "Bədənin bütün hüceyrələrinin düzgün işləməsi üçün müəyyən nisbətdə suya sahib olmaq lazımdır. Zəiflik, yorğunluq, oynaqlarda ağrı, baş ağrıları, qəbizlik, hətta izah edilə bilməyən yemək istəyinin mənbəyi susuzluq ola bilər. Lakin mövcud suyu qorumaq və bunun üçün düzgün qidaları seçmək vacibdir", - deyə qeyd edib.

Bədənin maye itkisini sürətləndirəcək kofeinli içkilərin qəbulunu azaldılmasının lazım olduğunu vurğulayan Qidalanma və Pəhriz Mütəxəssisi Buket Ertaş Sefer: “Sidikqovucu olaraq təyin etdiyimiz içkilər bədəndən sidik ifrazını artırır. Bu şəkildə maye qəbul edildiyi düşünülsə də, əslində, maye itkisinə səbəb olur. Bununla belə, digər vacib məsələ fiziki fəaliyyətdir. Fiziki fəaliyyət zamanı tənəffüsün sürətlənməsi ilə su itkisi artacaq. Bu səbəbdən, xüsusilə, idman günlərində su və mineral sərfinə çox yaxşı nəzarət etmək lazımdır".
Bəzi qidaların susuzluğu yatırmaq üçün də faydalı olduğunu xatırladan Sefer bu qidalar haqqında məlumat verib. Tərkibinin, demək olar ki, yüzdə 95-i su olan aşağı kalorili balqabağın həm çəki nəzarətində, həm də susuzluqda əhəmiyyətli bir yerə sahib olduğunu söylədi. Xüsusilə, tərkibindəki lutein və beta-karoten kimi antioksidanlar ümumi və göz sağlamlığı üçün faydalıdır. Tərkibində şəkər olmadığı üçün susuzluğa töhfə verməsi baxımından meyvələrdən üstündür.
Yüzdə 95-i su ehtiva edən digər əvəzolunmaz tərəvəzlərdən biri olan xiyarın yayda bol şəkildə qəbul edilməlidir. 95 faiz su olmaqla yanaşı, xiyar bədəndən tullantıları çıxarmağa və dərinin qıcıqlanmasını azaltmağa kömək edən antiinflamatuar birləşmələrlə zəngindir. Az kalorili olması, dadı və yüksək sululuğu sayəsində yay salatlarının və axşam qəlyanaltılarının əvəzolunmaz tərəvəzlərdən biridir.
Yay aylarının ən çox seçilən meyvəsi olan qarpız pəhrizlər zamanı daha çox üstünlük verilir. Yüzdə 92 faiz suya malik olan qarpızın tərkibində likopen və digər zəngin antioksidant birləşmələr də var. Xüsusilə, şəkər xəstələri qarpızı qəbul edərkən diqqətli olmalıdırlar. Lakin şəkərin tərkibinə diqqət yetirməkdə fayda var. Xüsusilə, şəkərli diabet xəstələrdə və ya qan şəkərinin tənzimlənməsi problemi olan xəstələrdə onun qəbulu mütləq olmalıdır.
Yay aylarının təravətləndirici meyvələrindən olan şaftalının su nisbətinin yüzdə 89 faiz olduğunu ifadə edən Sefer: “Yüksək lif tərkibi sayəsində şaftalı həm də toxluq müddətini uzadır. Bundan əlavə, tərkibindəki xlorogen turşu sayəsində şəkər kimi xroniki xəstəliklərə qarşı da qoruma təmin edir. Porsiyaya nəzarət burada əsasdır. Gündə bir porsiya meyvə haqqımızı orta ölçülü şaftalı ilə qiymətləndirə bilərik”.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
