
Ən əyləncəli və sağlam fəaliyyətlərdən biri velosiped sürməkdir. Bununla belə velosiped sürmək hər kəs üçün asan olmaya bilər. Velosiped sürmək asan, lakin tələbkar bir fəaliyyətdir. Velosiped sürməyi öyrənməyə başlamazdan əvvəl bilməli olduğunuz bəzi məqamlar var.
Velosiped sürmək fiziki və psixoloji sağlamlığınızı qoruyur. Velosiped sürməyi öyrənmək üçün əvvəlcə müəyyən addımlar atmalısınız. Velosiped sürmək üçün uyğun bir yer tapmaq öyrənmə mərhələnizi sürətləndirəcək. Öyrənməyə başlamazdan əvvəl avtomobil və piyadaların hərəkətindən uzaq bir yer tapmalısınız. Alış-veriş mərkəzlərinin çox istifadə olunmayan, az istifadə olunan mərtəbələri velosiped sürmək üçün çox əlverişli yerlərdir. Əgər izdihamlı şəhərlərdə yaşamırsınızsa, daha şanslısınız. Daha az istifadə edilən yollar velosiped sürməyi öyrənmək üçün ən yaxşı yerdir. Velosiped sürmək olduqca asan görünə bilər. Bununla belə, diqqət tələb edən vacib bir fəaliyyətdir. Kiçik qəzalar belə böyük fəlakətlərə səbəb ola bilər. Velosiped sürərkən əlcək, dizlik və dirsək yastığı taxmalısınız. Bu qoruyucu vasitələr sizi mümkün qəza zamanı adekvat şəkildə qoruyacaq. Velosiped sürməyi öyrənmək üçün çox isti və soyuq havalara üstünlük verməyin. Velosipedinizin oturacağı, sükanı və pedal tənzimlənməsi öyrənmə sürətiniz üçün çox vacibdir. Velosipedə minməzdən əvvəl sükanı tutun və irəliləyin. Beləliklə, siz velosipedin balansını və çəkisini qavrayacaqsınız. Sonra velosipedin yəhərinə oturun. Velosipedi hər iki ayağınızla irəli itələməyə çalışın. Arada hər iki ayağınızı yerdən uzaq tutmağa çalışın. Beləliklə, velosipedin gedişini və balansını başa düşəcəksiniz. Üçüncü pilləyə çatdıqda, bir ayağını velosipedin pedalına qoyun və bir ayağı yerdə getməyə çalışın. Dördüncü addıma keçməzdən əvvəl velosipedin balansını və çəkisini başa düşdüyünüzə əmin olun. Sonra sükanı sıxmadan iki əlinizlə tutun. Hər iki ayağınızı pedala qoyun və çox gözləmədən dönməyə başlayın. Pedalı çox yavaş və ya çox sürətli çevirməyin. Müəyyən bir ritmi saxlamağa diqqət edin.
Mənbə:Arabam.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
