
Dinc ev şəraitində yaşayan uşağın üzərinə düşən vəzifələri yerinə yetirərək dərslərinə həvəslə çalışacağı, təzyiq altında olan uşağın özünü dərsdən uzaqlaşdıra biləcəyi bildirilib. Ailəsi tərəfindən oxumağa məcbur edilən uşağın "uğursuz" ola biləcəyi ehtimalı var. Ege Universiteti (AB) Tibb Fakültəsi Psixiatriya Fundamental elm sahəsinin Müəllim Prof. Dr. Ahmet Çelikkol uşağın məktəbdəki uğurunun hər ailə üçün “önəmli” olduğunu, lakin bu uğurda valideynlərin üzərinə düşən vəzifələrin olduğunu bildirdi. Çelikkol məktəbdə müvəffəqiyyət əldə etmək üçün ailə dəstəyinin əhəmiyyətini vurğuladı. Sakit bir ev mühitində yaşayan uşağın üzərinə düşən vəzifələri yerinə yetirəcəyini və həvəslə oxuyacağını izah edən Çelikkol bəzi ailələrin bu mövzuda lazımi həssaslıq göstərmədiyini qeyd edib. Uşağın təhsil alması üçün evdə münbit şərait yaradılması lazım olduğunu qeyd edən Çelikkol “Valideynlər davamlı mübarizə aparsalar, evdə ahəngdar birlik olmasa, uşaq oxumağa kifayət qədər həvəs göstərməyəcək. Yüksək səsli televizor və ya radio uşağın diqqətini yayındıracaq. Qonaqların tez-tez qəbul edildiyi evlərdə uşaqlar dərslərinə çox diqqət yetirə bilmirlər. Bu neqativ halların yaşandığı evlərdə uşaq dərslərində uğur qazana bilmirsə, bunun səbəbini valideynlər, bir az da özündə axtarmalıdırlar”. Prof. Dr. Ahmet Çelikkol uşağa davamlı olaraq dərs oxuması üçün təzyiq göstərməyin ardıcıl bir davranış olmayacağını ifadə edərək, uşağa davamlı əmr verməklə dərs oxutdurmaq mümkün deyil. Bunun əvəzinə valideynlər övladını anlamağa çalışmalıdırlar. Təzyiq altında olan uşaq dərs oxumaq istəməz.
Mənbə:Yaşam
Tərcümə etdi:Sayad Qoşnalıyeva
