
Elmi təsnifat olaraq, platypuslar heyvanlar aləmindəki canlılar, onurğalılar, məməlilər və tək monolitlərdir.
Platypusları necə tanıya bilərik?
Onların bədənləri su samurları kimi tüklərlə örtülüdür və suda sürətlə hərəkət etmələrinə imkan verən düzəldilmiş forma malikdir. Onların tükləri qalın və suya davamlıdır. İstilik izolyasiyasını təmin edən bu xüsusiyyətləri sayəsində suyun altında temperaturlarını saxlayırlar.
Bədəninin yuxarı hissəsindəki tüklər tünd qəhvəyi və ya qırmızı-qəhvəyi, alt tərəfindəki tüklər isə açıq qəhvəyi və ya gümüşü rəngdədir. Onların ördək kimi zamşa toxumalı dimdiyi, ön və arxa ayaqları torludur. Quyruqları tüklü və üzgəc kimidir.
Platypuslar nə ilə qidalanır?
Onlar ətyeyən canlılardır. Onlar adətən suyun dibində yaşayan xərçəngkimilərin onurğasızları və həşərat sürfələri ilə qidalanırlar. Bununla belə, qurbağa, balıq, həşərat və qurd kimi canlıları su səthinə yaxın və ya suyun səthində olan yerlərdə də yeyirlər. Onlar günün təxminən 12 saatını su altında qida axtarmağa sərf edirlər.
Platypuslar harada yaşayır?
Onlar adətən Avstraliyanın şərq sahillərində çaylar, dərələr və göllər kimi şirin sularda yaşayırlar. Onlara Tasmaniyada da rast gəlinir.
Platypusların maraqlı xüsusiyyətləri hansılardır?
Ornithorhynchus anatinus bu gün ornitorenklərin yeganə yaşayan növüdür.
Erkəkləri zəhərlidir. Erkəklər zəhərlərini arxa ayaqlarının yan tərəfindəki zəhər vəzilərinə yapışmış iynə formalı strukturlarda daşıyırlar.
Yumurta qoyurlar. Lakin istiqanlı və tüklü canlılar olduqları üçün məməlilər sinfinə daxildirlər və balalarını südlə bəsləyirlər. Onlar südlərini qarın boşluğundakı dəri boşluqlarından ifraz edirlər. Mədələri isə olmur.
Su altında yemək axtararkən burun dəliklərini, gözlərini və qulaqlarını dimdiklərində bağlayırlar. Su altında nəfəslərini iki dəqiqə saxlaya bilirlər.
Onların dimdiklərində elektroreseptorlar və toxunma reseptorları var ki, bu da onlara ovlarını su altında tapmağa və yönləndirməyə imkan verir. Bu reseptorlar vasitəsilə ovlarının su altında əzələ hərəkətləri nəticəsində yayılan elektrik siqnallarını asanlıqla qavrayırlar. Dişləri olmadığı üçün ovlarını bütünlüklə udarlar.
Onlar yarı suda yaşayan canlılardır. Vaxtlarının çoxunu suda keçirsələr də, quruda da yaşayırlar.
Onlar ultrabənövşəyi işıq altında bioflüoresan göstərir və mavi-yaşıl parıldayırlar.
Platypuslar qış yuxusuna gedirmi? Platypuslar köç edirmi?
Platypusların qış yuxusuna getdiyinə dair hələ heç bir qəti sübut yoxdur. Amma məlumdur ki, onlar yeni yaşayış yerləri axtarışında müxtəlif çaylara və axarlara köç edirlər.
Platypus nəsli kəsilibmi?
Platypusun hələ nəsli kəsilməyib, lakin Avstraliyada tez-tez baş verən meşə yanğınları, çirklənmə, meşələrin qırılması, quraqlıq və timsah kimi yırtıcılar səbəbindən vəhşi təbiətdə sayı getdikcə azalır.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
