Bu gün:

Mavi balina haqqında məlumatlar


Mavi balinanın maraqlı xüsusiyyətləri hansılardır?

Mavi balinalar "göy balinaları" kimi də tanınır. Bədənləri bozumtul mavi olsa da, su altında mavi göründükləri üçün onlara mavi balinalar deyilir.

Onların kütləsi 200 tona qədər ola bilər. Bu, təxminən, 33 filin ümumi kütləsinə bərabərdir. Onların uzunluğu 34 metrə çata bilər. Yüksək bədən kütlələrinə baxmayaraq, onlar kifayət qədər sürətlə üzürlər. Onların sürəti saatda 32 kilometrə çata bilir. Onlar yer üzündə ən şiddətli səsə malik heyvanlardır. Onların çıxardıqları səsləri 1600 kilometr uzaqlıqdakı digər balinalar da eşidə bilir.

Mavi balinaları necə tanıya bilərik?

Bozumtul mavi rəngdədirlər və bədənlərində açıq bozumtul mavi ləkələr var. Uzun və incə bədən quruluşuna malikdirlər. Qarın boşluğunda yaşayan diatomlar (fotosintez edən mikroskopik yosunlar) səbəbindən bədənlərinin aşağı hissəsi sarı rəngdədir.

Onların başları geniş və böyükdür. Dorsal üzgəcləri olduqca qısadır. 

Mavi balinalar nə ilə qidalanır?

Onlar əsasən krillə qidalanırlar. Ancaq balıq və karides kimi digər kiçik xərçəngkimiləri də yeyirlər. Onlar gündə 3,6 milyon kril yeyə bilirlər.

Dişsiz balinalar alt sıraya daxildir. Ağızlarında dişlər yerinə şaquli, çubuqşəkilli, qalın və sıx keratinli tüklər "balina çubuqları" adlanır. Bu tüklərin hamısına “balina darağı” deyilir.

Digər dişsiz balinalar kimi mavi balinalar da suyu süzərək qidalanırlar.

Mavi balinalar harada yaşayır?

Onlar okean kənarlarında yaşayırlar. Antarktida ətrafındakı Cənubi Okeanda yaşayan mavi balinalar digər okeanlardakılardan daha böyükdür.

Mavi balinalar köç edirmi?

Əksəriyyəti köçəridir. Köçən mavi balinalar yayı qütb sularında qidalanaraq keçirirlər. Qışda onlar ekvator bölgələrinə miqrasiya edirlər.

Mavi balinalar neçə il yaşayır?

Mavi balinalar 80-90 il yaşaya bilirlər.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et