Onlar indiyə qədər gördüyümüz və tanıdığımız heç bir bitkiyə bənzəmir. Dünyanın ən maraqlı bitkiləri öz unikal coğrafiyalarında və çox sabit şəraitdə yaşaya bilirlər. Onlar çox nadirdir və bəzilərinin hətta son toxumlarının bitdiyinə inanılır. Bu bitkilərin əksəriyyəti insanlardan uzaqda yetişir. Bu ağaclar, çiçəklər və bitkilər təbiətin ən nadir növləridir.

Quiver ağacı- Namibiya
Türkcə "titrək" mənasını verən və San xalqının yerli dili ilə tanınan titrək, yumşaq ağacı sayəsində əsrlərdir yay və ox istehsalında istifadə olunur. İçi boş bədəni sayəsində ət, tərəvəz və su saxlamağa xidmət edir. Səhra bölgəsində bitən bu ağaclar yerli əhali üçün son dərəcə qiymətlidir. Cənubi Amerika və Namibiya hissələrində rast gəlinir.

Baobab ağacı - Madaqaskar
Baobab ağacları əsrlər boyu insanlar tərəfindən qida, su, sığınacaq və dərman kimi istifadə edilmişdir, buna görə də "həyat ağacı" kimi tanınır. Ağaclar ev tikməkdə və anbar kimi çox faydalıdır. Onun nəhəng gövdəsində ağaclarda gördüyümüz böyümə halqaları yoxdur, ona görə də onun yaşını yalnız radiokarbon təyini ilə ölçmək olar. Baobab ağaclarının 2000 ildən çox dayandığı deyilir. Madaqaskarda, eləcə də Afrika və Avstraliyada görülür.

Kauri ağacı - Yeni Zelandiya
Yeni Zelandiyadakı Kauri sahilləri dünyanın sonuncu və ən böyük Kauri ağaclarına ev sahibliyi edir. Ədəbiyyata görə yaşı 1200 ildən çox olan bu ağaclar öz ölçüləri və tarixi ilə ağac dünyasının əzəməti kimi tanınırlar.

Rafflesia Çiçəyi - Malayziya
Dünyanın ən böyük çiçəyi olan Rafflesia uzunluğu bir metrə çatan və çəkisi 9 kiloqrama yaxın çox nadir bir çiçəkdir. Ölçüləri və görünüşü ilə qeyri-adi bir çiçək olsa da, əsl unikallığı bitdiyi yerdədir.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
