Bu gün:

Qarnı olan qadınlar üçün geyim məsləhətləri


Əgər qarnınıza görə geyimlə uyğunlaşa bilmirsinizsə, bu  məsləhətlər sizin üçündür.

Mümkün qədər yüksək bel şalvarlardan qaçınmaq lazımdır.

Göbəyi açıq qoyan "büstiyer" modasına əməl etməmək lazımdır.

Əlavə olaraq, aşağı belli şalvarlar da ideal deyil. Qarın nahiyəsini sıxır və artıqlığın yandan görünməsinə səbəb olur.

Bunların yerinə bədənə uyğun gələn və qarnı sıxmayan parça şalvarlara üstünlük verilə bilər.

Çox dar köynəklər qarnı olan qadınların qaçmalı olduğu modeldir.

Draped parçadan hazırlanmış köynəklərə üstünlük verdiyiniz zaman daha gözəl görünüş əldə edə bilərsiniz.

Mini, iki parçalı və zolaqlı dar donlar qarnı olan qadınlar üçün doğru seçim olmayacaq. Bədəni iki yerə bölən hissələr və zolaqlı naxışlar bədəni həmişə daha geniş göstərir.

Qara və ağ birləşmələr də bədəni iki yerə bölür, lakin daha zərif və sadə görünüş əldə etməyə kömək edir. Yüksək belli mini ətək və köynəklər qarın nahiyəsi artıq olan xanımların istifadə edə biləcəyi modeldir.

Don geyinmək istəyirsinizsə və qarnınızdan şikayət edirsinizsə, onu gizlətməyin ən yaxşı yollarından biri paltarı nazik bir kəmərlə canlandırmaqdır.Bel səviyyəsində istifadə edəcəyiniz dəbli kəmərlə paltara öz toxunuşunuzu qatıb, qarın bölgəsindəki artıqlığı gizlədə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş