
Bu yaxınlarda aparılan araşdırmalar müəyyən edib ki, temperaturun hər 1 dərəcə artması ilə ilan sancma riski 6 faiz artır.
Qlobal istiləşmə ilə birlikdə temperaturlar da artaraq isti hava şəraitinin yaranmasına səbəb olub və bunun başqa təhlükələrinin də olduğu ortaya çıxıb. Yeni araşdırmaya görə, temperaturun artması ilan vurma riskini də artırıb.
2014-2020-ci illər arasında Georgia Xəstəxanalar Birliyinə edilən təcili yardım zənglərindən əldə edilən məlumatların təhlili ilə aparılan araşdırmaya əsasən, qeyd olunan dövrdə ilan sancması səbəbiylə 5 mindən çox insanın xəstəxanaya yerləşdirildiyi müəyyən edilib. Bunlardan 3908-i zəhərli ilan vurması olub. Tədqiqatın davamında bu vurma məsələlərində minimum və maksimum temperatur, hava təzyiqi və rütubət haqqında məlumatlar toplanmışdır.
Köməkçi professor Noah Savronik bildirib ki, bu güclü bir təsirdir və bu hər hansı digər istiliklə əlaqəli sağlamlıq nəticələrindən daha yüksək problemdir.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
