Bu gün:

Pul çiçəyinin faydaları


Çin pul bitkisi Ufo bitkisi kimi də tanınır.Bu məşhur otaq bitkilərinə qulluq etmək asandır və onl arın bir çox faydaları var.

Çin pul bitkisi 700-dən çox müxtəlif növdən ibarət çiçəkli bitkilərin Pilea cinsinə aiddir. Pilea Urticaceae və ya gicitkən ailəsinin bir hissəsidir. Çin pul bitkisinin uğur və pul gətirdiyi düşünülür.Bu şirin bitki kollu, parlaq və sikkə formalı yarpaqları olan dik bir gövdəyə malikdir. Pul çiçəyi (Pilea Peperomioides) aşağı büdcəli baxım tələblərinə, hava təmizləyici xüsusiyyətlərinə, çoxalma asanlığına və şansı simvollaşdırdığına görə məşhurlaşıb.

Fenq Şuidə istifadə olunur

Çin mədəniyyətindəki Fenq Şui təcrübələri evinizdə və ya ofisinizdə bitki kimi əşyaları hara yerləşdirməyinizə kömək edir. Pul çiçəyinizin mövqeyi müəyyən növ müsbət enerjiləri cəlb edə bilər. Bu təcrübələrə uyğun olaraq mənfi enerjini dəf etməyə kömək edə bilər. Fenq Şuinin beş elementi ağac, od, torpaq, su və metaldır. Çin pul bitkisi və onun növləri hərəkət, enerji və böyümə ilə əlaqəli olan "ağac" elementi ilə əlaqələndirilir. Çin pul bitkisi yuvarlaqlaşdırılmış (sikkəvari) yarpaqlarına görə pul və maliyyə uğurları ilə daha çox bağlıdır.Pilea bitkisini evin və ya otağın şimal-qərbində yerləşdirmək bitkinin Xun bölməsinə enerji çəkməsi deməkdir. Bu isə zənginlik və firavanlıqla əlaqələndirilir.

Psixi sağlamlığı gücləndirir və stressi azaldır

Çin pul bitkisi kimi bitkilərlə dolu bir otaq narahatlıq və stress səviyyəsinin azalmasına səbəb olur. Bu, psixi sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər.Bir sıra araşdırmalar göstərir ki, yaşıl yarpaqların görünüşü stress səviyyəsini aşağı salır. İnsanların sakitləşməsinə kömək edir. Tələbələr üzərində aparılan bir araşdırma bitkilərlə dolu bir otaqda dərsə qatılan bir qrupun bitkisiz otaqdakı tələbələrə nisbətən daha az stress və narahatlıq keçirdiyini göstərdi. Eynilə, çiçəklərə baxmaq insanların özünü daha xoşbəxt hiss etməsinə kömək edir.Çiçəklərin şəkillərinə baxmaq belə qan təzyiqi və stress hormonu səviyyəsinin aşağı düşməsi kimi fizioloji təsirlərlə nəticələnir.

Daha yaxşı yaddaş və yaradıcılıq

Tədqiqatlar göstərir ki, bitkilərin ətrafında olmaq insanların tapşırıqları yerinə yetirmək və fokslanmaq qabiliyyətini artırır. Təbiətdə bitkilərin yanında olmaq yaddaşı və diqqəti 20 faizə qədər yaxşılaşdırır. Bu səbəbdən pul çiçəyi kimi bitkilər məhsuldarlığı və yaddaşı artıra bilər. Tədqiqatlar göstərir ki, bitkilərlə dolu ofislərdə işləyən insanlar emosional, koqnitiv və fiziki performanslarını ən azı 15% yaxşılaşdırır.

Allergiyaya yaxşı təsir edə bilər

Mövsümi allergiyanız varsa, evinizdə və ya ofisinizdə Çin pulu bitkiləri kimi otaq bitkiləri yerləşdirmək allergiyaya kömək edə bilər. Pilea kimi bitkilər qapalı şəraitdə yetişdirildikdə,"tərləmə" adlanan proses vasitəsilə havada nəm səviyyəsini yüksəltməyə kömək edir. Tədqiqatlar göstərir ki, qapalı bitkilər havadakı mikrobların sayını azaldır. Bu cür mikroblar allergiyanı daha da pisləşdirə bilər. Artan nəmin allergiyanızı azaltmağa kömək edə biləcəyini görmək üçün çarpayınızın və ya iş masanızın yanına bir neçə otaq bitkisi qoya bilərsiniz. Yenə də bu barədə həkiminizlə danışmaq yaxşı olar.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş