Bu gün:

Buğalar həqiqətən qırmızı rəngə əsəbləşirlər?


Buğa güləşi deyilən zaman adətən hamının ağlına öküzü qəzəbləndirən qırmızı parçalı matador gəlir. Ancaq məşhur inancın əksinə olaraq, öküzlər rəng korudur və qırmızı rəngi görmək qabiliyyətinə malik deyillər.

Əvvəlcə gəlin öküzlərin niyə bu qədər aqressiv olmasından başlayaq. Kişi məməlilərdə testosteron səviyyəsi daha yüksəkdir, buna görə də öküzlər inəklərdən daha aqressivdirlər.

Təkcə bu deyil, təbii ki, öküzlər də özlərini təhlükə hiss etdikdə kifayət qədər aqressiv ola bilər və onların nəhəng ölçüləri nəzərə alınsa, nə qədər təhlükəli olduqlarını anlamaq olar. 

Bununla belə öküzlərin hücumlarına qalib gəlməyin yolları var. Məsələn, fermerlər tez-tez öküzlərinə burun halqaları taxırlar. Bu, təhlükəni azaltmağa kömək edir və öküzləri təhlükəsiz məsafədən idarə etməyə imkan verir.

Bəs qırmızı rəng öküzləri qəzəbləndirirmi?  

Cavab birmənalı şəkildə yox, çünki öküzlər rəng korudurlar, gözlərində rəngləri qavramağa imkan verən hüceyrələr yoxdur. Ancaq qırmızı muleta bütün öküz döyüşlərində istifadə edilmir. Güləşin əksəriyyətində sarı və çəhrayı parçalardan istifadə olunur. Qırmızı rəng döyüşün son hissəsində - öküzün qılınclandığı hissədə istifadə olunur ki, qan ləkələri qırmızı rəngdə gizlənsin.

Mənbə: Haber türk 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et