
Dünyanın digər ölkələrindən fərqli olaraq, yaponlar həyat yoldaşları ilə ayrı çarpayılarda yatmağa üstünlük verirlər. Bu üstünlük yaponların yuxuya böyük əhəmiyyət verməsindən irəli gəlir.
Dünyanın bir çox mədəniyyətlərində cütlərin eyni yataqda yatmalarının lazım olduğu düşünülür. Hətta ayrı-ayrı çarpayılarda yatmaq ayrılıq əlaməti kimi sayılır. Amma Yaponiyada işlər belə getmir. Cütlər öz istəklərinə uyğun olaraq, ayrı-ayrı çarpayılarda yatırlar.
Analar, əsasən, uşaqları ilə yatırlar. Bu, Yapon mədəniyyətində uşağın inkişafı üçün çox vacib hesab olunur. Atalar isə öz yatağında qalmaqla bərabər, başqa yerdə yatmağı da seçə bilirlər.
Yaponlar üçün yuxu hüzur deməkdir, ona görə də yatarkən dincliyi poza biləcək hər hansı vəziyyətin qarşısını almağa çalışırlar. Ayrı çarpayılarda gecə yatarkən xoruldama və həddindən artıq hərəkət kimi hallardan tamamilə qaçınmaq olar və hər kəs rahatlıqla yuxusunu ala bilər.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
