Bu gün:

Musiqi terapiyası: Musiqi ilə müalicə edilmək



Psixi sağlamlıq problemlərini müalicə etməyin yeni yollarını sınamaq həmişə diqqət mərkəzindədir. Müasir ölkələrin əksəriyyətində böyüklərin təxminən 30%-də depressiya və narahatlıq var.

Psixi sağlamlıq problemlərinə gəldikdə hər kəs dərman və danışıq terapiyasını düşünür. Ancaq bu gün həkimlər instinktiv müalicələrlə daha çox məşğul olurlar. Musiqi terapiyası onlardan biridir. Musiqi terapiyası depressiya və narahatlıq keçirən insanlar üçün istifadə olunur. İdeya musiqinin ürəyə, ağıl və ruha toxunmaq qabiliyyətindən istifadə etməkdir. Bəs musiqi terapiyası necə işləyir?

Musiqinin psixi sağlamlığa təsiri

Musiqi həmişə ənənəvi danışma terapiyasından cavab ala bilməyən insanlar üçün bir vasitə olmuşdur. Bununla belə, şəxsi mənalar verən tanış musiqiləri dinləmək insanların travmadan əvvəlki sağlam vəziyyətinə qayıtmasını dəstəkləyir.

Musiqi terapiyası hələ də qeyri-ənənəvi yanaşmadır. Lakin həkimlər onun depressiya, narahatlıq, kədər, günah və təkliyi müalicə etmək üçün əhəmiyyətli potensiala malik olduğuna inanırlar. Xəstəxanalarda musiqi terapiyası tətbiq edilir və musiqi terapisti yeni peşələrdən biridir. Bu baxımdan musiqinin beyinə təsirini ilə bağlı araşdırmalar var.

Musiqi terapiyası musiqi hazırlamaq, mahnı yazmaq, oxumaq, rəqs etmək, musiqi dinləmək və musiqini müzakirə etməkdən ibarət ola bilər. Musiqi müəyyən davranışları gücləndirmək və ya dəyişdirmək üçün istifadə olunur. Məsələn, analitik musiqi terapiyası adlanan şeydə şüursuz düşüncələri ifadə etmək üçün mahnı oxunur və ya alət çalınır. Terapevtlə musiqili "dialoqdan" istifadə etmək arzu edilir. Benenzon musiqi terapiyasında isə daxili psixoloji vəziyyətə ən yaxşı uyğun gələn xarici səslər müəyyən edilir.

Musiqi terapiyası necə işləyir?

Musiqi terapiyası əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün musiqinin təbii xüsusiyyətlərindən istifadə edən terapevtik bir yanaşmadır. Məsələn, bu yaxınlarda aparılan bir araşdırma tanış musiqinin ifa edilməsinin insult keçirən insanlarda beyin əlaqələrini yaxşılaşdırdığını aşkar etdi. Musiqi terapiyasının beyinə necə təsir etdiyi hələ də tapılmayıb, lakin araşdırılır.

Musiqi terapiyasının insanlara təsirləri bunlardır:

1. Beyin bölgələrini aktivləşdirmək, yaddaşları, emosiyaları və qərar qəbul etməyi yaxşılaşdırmaq.

2. Ürək dərəcəsinin və qan təzyiqinin aşağı salınması.

3. Əzələ gərginliyinin azaldılması.

4. Stressin azaldılması.

5. Sakitlik hissini artırmaq.

Musiqi terapevtlərinin fikrincə, musiqi çox yönlüdür və beynin bir çox hissələrinə təsir göstərir. Xəstəxanalar kimi mühitlərin normallaşdırılmasını təmin edir. Əlbəttə ki, musiqi və musiqi terapiyası depressiya kimi sağlamlıq problemini müalicə etməyəcək, lakin simptomları yüngülləşdirdiyi bilinən bir vasitədir.

Psixi sağlamlıq problemləri artmaqdadır

Psixi sağlamlıq problemlərini müalicə etməyin yeni yollarını sınamaq həmişə diqqət mərkəzindədir. Müasir ölkələrin əksəriyyətində böyüklərin təxminən 30%-də depressiya və narahatlıq var. Son pandemiyadan təcrid olunmanın yaratdığı qorxu və narahatlıq bu psixi sağlamlıq problemlərini artırdı. İnsanlar daha çox tənhalıq, depressiya və narahatlıq yaşayırdılar.

Pandemiyada olduğu kimi xəstələr üçün daha effektiv psixi sağlamlıq resurslarına ehtiyac artıb. Bəşər tarixində incəsənətin mərkəzi rolunu nəzərə alsaq, musiqinin müalicəvi potensiala malik olmasını gözləmək təbiidir. Əgər narahat və ya kədərləniriksə, sakitləşdirici tonlara, enerjiyə ehtiyacımız varsa, aktiv tonlara müraciət edirik.

Mənbə: Ungo

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et