
Təxmin edə biləcəyiniz kimi, itlər müasir boz canavarlardan daha kiçik olan canavar variantlarından törəmiş ola bilər.
Niyə it cinsləri bu qədər müxtəlif ölçüdə və çəkidə olur? Ən böyük it cinsləri ən kiçiyindən 40 dəfə ağır ola bilər. Buna səbəb uzaq əcdadları tərəfindən ötürülən irsi gen mutasiyası ola bilər. Bəs bunun arxasındakı təkamül tam olaraq nədir?
Chihuahua və Great Dane kimi müxtəlif cinslərinin itlərinin bir çoxu, təxminən, eyni ölçüdə olan pişiklər də daxil olmaqla, digər məməlilər qrupundan daha çox bədən ölçülərinə malikdir. Tədqiqatçılar ilk dəfə olaraq, nəsli kəsilmiş canavarlar qrupunda bu ölçü fərqlərinə səbəb olan genetik mutasiyanın mənşəyini müəyyən ediblər.
Bu halda mutasiyaya uğramış DNT insulinə bənzər böyümə faktoru 1 (IGF1) adlı genin yaxınlığında yerləşir. 2007-ci ildə elm adamları IGF1 böyümə hormonunun itlərin boyuna təsir etdiyinə dair sübutlar tapdılar. Bu, sonradan onun bir neçə üzvünə adını verəcək bir gen növünün ilk kəşfi idi. Ancaq bunun heyvanın boyuna necə təsir etdiyi dəqiq bilinmirdi.
Təxminən 30.000 ildir ki, itlər canavarlardan əhliləşdirilib və bu müddət ərzində ölçülərdə əhəmiyyətli dəyişikliklər olub. İndi görünən böyük ölçü fərqləri insanların mövcud növlərin yetişdirilməsinə başladığı son 200 ilin məhsuludur, yəni çox yaxın.
Merilend ştatının Bethesda şəhərindəki ABŞ Milli İnsan Genomu Tədqiqat İnstitutundan Elaine Ostrander və onun həmkarları nəsli kəsilmiş itlər, canavarlar, koyotlar və iki yüz otuzdan çox it cinsləri də daxil olmaqla 1400-dən çox canidlərin genomlarını təhlil etdilər. Tədqiqatçılar ev itləri və vəhşi canidlərin bədən ölçülərini müqayisə etdikdə, uzun kodlaşdırmayan RNT (lncRNA) adlı DNT parçasında bir polimorfizm gözə çarpdı. O, böyümə hormonu kimi fəaliyyət göstərən bir protein olan IGF1-in tənzimlənməsində iştirak edir.
Böyük və kiçik it cinsləri tək genlə ayrılır
Ümumilikdə, elm adamları iki fərqli allel üçün dəlillər aşkar edibər: Bir allelin iki nüsxəsi bütün ölçülərdə olan itlərdə bədən kütləsinin azalması ilə nəticələndi. Digər tərəfdən, 25 kiloqramdan çox olan itlərin digər allelin iki nüsxəsinə sahib olma ehtimalı daha yüksək idi. Ostrander, hər bir allelin bir nüsxəsi olan heyvanların, əsasən, orta ölçülü olduğunu müəyyən etdi. Böyük ölçülü allelin iki nüsxəsi olan balalarda eyni sayda nüsxəyə malik kiçik ölçülü itlərlə müqayisədə daha çox IGF1 qan tərkibinə malik idi.
Komanda digər itlərin genomlarını təhlil edərkən oxşar əlaqə tapılıb. Ostrander və həmkarlarının fikrincə, kiçik bədən alleli təkamül baxımından böyük bədən allelindən daha yaşlıdır. Tədqiq etdikləri canidlərin əksəriyyətində o cümlədən, çaqqallar, koyod, tülkü və bir neçə başqa növdə "kiçik" genin iki nüsxəsi var idi ki, bu da bu variantın ortaq əcdada mövcud olduğunu göstərir.
Böyük ölçülü allelin mənşəyi sirr olaraq qalır. Tədqiqat qrupu Sibirdə təxminən 53 min il əvvəl mövcud olmuş bir canavar növünün bu variasiyanın surətinə malik olduğunu müəyyən edib. Böyük bədən alleli canavarlar üçün faydalı ola bilər, çünki o, bir çox qədim və bəzi indiki canavar populyasiyalarında mövcuddur.
Qurdlar necə itə çevrildi?
Canavarların necə göründüyünü heç kim bilmir, bu da sonda itlərin yaranmasına səbəb olub. Əvvəlki araşdırmalar ev itlərinə xas ola biləcək yeni genetik dəyişikliklərin itlərin kiçilməsindən məsul olduğunu irəli sürsə də, yeni məlumatlar bu nəzəriyyəyə şübhə ilə yanaşır.
Bu araşdırmadan əldə edilən məlumatlar göstərir ki, ümumiyyətlə, itlər müasir boz canavarlardan kiçik olan canavar variantlarından törəyiblər. Biz yalnız canavarların görünüşü, əhliləşdirilmiş itlərin mənşəyi haqqında fərziyyələr edə bilərik.
Bəzi tapıntılar digər aspektlərdə də çatışmır. Məsələn, iki allelin böyümə hormonu IGF1 səviyyələrinə təsiri yaxşı başa düşülmür. Gen dəyişkənliyi də itlərin ölçülərini təyin edən yeganə amil deyil. Tədqiqata görə, cinslərdəki variasiyanın yalnız təxminən 15%-nin IGF1 geninə aid edilə biləcəyi düşünülür. Bu, canavarları Çihuahua boyda edəcək mutasiya ilə əlaqəli deyil. Bunlar itlərdə müxtəlif ölçülərə səbəb olan çoxsaylı mutasiyalardan yalnız biridir.
Mənbə: Ungo
Tərcümə etdi: Aydan Qasımova
