Bu gün:

Qaşlar göz əzələlərindəki gərginliyi azaldır


İnsanların niyə qaşları var? Orta hesabla bir insanın hər qaşında 250 tük var. Müxtəlif formalarda, ölçülərdə və rənglərdə olan qaşlar hər bir üzü unikal etməyə kömək edir. Qaşlar bizə emosiyaları ifadə etməyə və hisslərimiz haqqında çox şey söyləməyə imkan verir. Bir sözlə, ünsiyyət qurmağa imkan verir. Ancaq qaşlarda bundan daha çox şey var.

Qaşlar gözləri qoruyur

Qaşlar gözümüzü qoruyur. İsti gündə qaçdığınız zaman alnınızın tərlədiyini görəcəksiniz. Qaşların ətrafındakı sümüklərin və dərinin forması tərin üzümüzün yanlarına doğru hərəkət etməsinə kömək edir. Bu dizayn suyun birbaşa gözümüzə axmasının qarşısını alır, görmə qabiliyyətimizi korlamaqdan qoruyur. Buraya tərin duzlu olması da daxildir.

Qaş tüklərinin düzüldüyü və uzadıldığı istiqamət də gözümüzü tərdən, kirdən, tozdan və sudan qorumağa kömək edir. Əslində, qaşımıza toz düşəndə tozdan qurtulmaq üçün avtomatik olaraq gözümüzü qırpırıq. Toz bir qaşın üstünə düşsə belə, iki gözümüzü qırpmaqdan özümüzü saxlaya bilmirik.

Qaşlar gözlərimizi parlaq işıqdan qoruyur

Qaş tükləri üzümüzdən xaricə uzanır, bu da gözümüzə daxil olan günəş işığının miqdarını azaldır. Qaşların bütün qoruyucu funksiyası bundan ibarət deyil:

Yorğun bir günün ardından yatdığımız zaman qaşlarımız gözlərimizi rahatlatmağa kömək edir. Qaşlar göz əzələlərimizdəki gərginliyi azaldır və göz qapaqlarımızı daha asan bağlamamızı təmin edir.

Qaşlar bizə bənzərsiz görünməkdə kömək edir

Qaşların tərdən toza və işıqdan yuxuya qədər qoruyucu funksiyası həqiqətən heyranedicidir. Üstəlik, qaşın da bizi biz edən fərqli bir xüsusiyyəti var. İstər iri gur qaşlarınız olsun, istərsə də zərif, qaşlar hər bir insanın unikal görünməsində böyük rol oynayır.

Tanış sifəti qaşlarına görə ayırmaq olar. Qaşlar olmasaydı, dostlarımızı və ya ailəmizi belə asanlıqla tanıya bilməzdik.

Qaşların cinsi təyin etmək funksiyası var. Qaşlarına baxaraq kiminsə kişi və ya qadın olduğunu anlaya bilərsiniz. Çünki kişilərin qaşları daha qalın, qadınların isə nazik qaşları var.

Mənbə: Ungo 

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et