
Meyvələrin dadı onların tərkibindəki kimyəvi maddələrin nisbəti ilə bağlıdır. Məsələn, vişnə və albalı zahiri görkəminə görə çox oxşar olsalar da, vişnənin dadı turş, gilasınkı isə şirindir.
Latın dilində vişnə (Prunus cerasus) və Prunus avium (Latın adı albalı) rosaceae ailəsinə aid meyvə növləridir. Vişnə turş, gilasın isə şirin olması onların tərkibindəki şəkər və turşunun miqdarının bir-birindən fərqli olması ilə bağlıdır.
Qlükoza və fruktoza vişnə və albalıya şirinlik verən iki növ sadə şəkərdir. Turşluq meyvələrdəki üzvi turşulardan, xüsusən, alma turşusu adlanan maddədən qaynaqlanır. Vişnədə olan şəkərin miqdarı təxminən 8% olduğu halda, albalıda 13% civarındadır. Turşu nisbəti isə vişnədə, təxminən, 1,7%, albalıda isə 0,8% təşkil edir. Başqa sözlə, vişnə albalıdan təxminən iki dəfə çox üzvi turşu ehtiva edir.
Vişnə və albalı öz fərqli qırmızı rəngini qabığında olan antosiyanin birləşmələrindən alır. Meyvənin tərkibindəki antosiyaninlərin miqdarı artdıqca onun rəngi tündləşir.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
